NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Ərşi gözəl surətdə görən insanın əqidəsinin möhkəm olacağına işarə edər. Ərşi əskik görən şəxsin Bİdət və azğınlıq içində olduğuna dəlalət edir. Bəzən Yuxuda Ərş görmək insanın xeyir və şərdən etdiklərini bildirir. Ərş səriştəli insanlar üçün yüksək dövlət qulluğuna işarə edir. Bəzən Ərş Görmək arvad, ev, yeyiləcək şeylər və düşmən üzərində qələbəyə işarə edir. Ərş eyni zamanda xəstəlik və ya şeir oxumaq deməkdir.
Röyasında Ərşi və Allahın Ərşə hakim olduğunu görən şəxsin əqidəsinin sağlamlığına və dininin gözəlliyinə işarə edir. Ərşdə əskiklik olduğunu görən şəxsin öz istəklərinə uyan və bidət sahibi olduğuna dəlalət edir. O adam tövbə edib Allahdan bağışlanma diləsin. Ərşi üləmanın təsvir etdiyi surətdə bəzənmiş kimi görən böyük bir şəxslə dostluq edər. Ondan xeyir görər və faydalanar. Mövqe və etibar qazanar. Ərşi rəngarəng görən, elm sahibi, fəzilətli insanlarla dostluq edər.
Yuxuda Ərşi görmək müxtəlif yollarla şərh edilmişdir. İnsan üçün baş verənlər və baş verəcəklər, səriştəli şəxs üçün mühüm dövlət qulluğu işindən xəbər verir.