Yuxuda Bağlamaq Görmək

Yuxuda Bağlamaq Görmək Yozması Nədir?

Yuxuda Bağlamaq Görmək Yozması Nədir?

Yuxuda bir şey bağladığınızı görmək, yoxsulluğa düçar olacağınıza və səhhətinizin pisləşəcəyinə, boxça bağlamaq evinizdə qonaq qalan birinin oğurluğuna məruz qalacağınıza, kişi bağlamaq düşmənlərin çoxaldığına, lakin zərər verə bilməyəcəklərinə işarədir. Yuxuda düyün bağlamaq və bir şey düyünlədiyinizi görmək evlilik müqaviləsinə, mirvari, boyunbağı kimi zinət əşyalarına işarə edir. Yuxuda düyün görmək dində əzmkarlığa işarə edir. Yuxuda büllur saraylarda bağlandığını görmək uca və şərəfli qadına işarə edir. Yuxuda bir şəhərdə və ya kənddə bağlı olduğunuzu görmək o şəhər və ya kənddə məskunlaşacağınıza işarədir. Yuxuda əlinizin iplə bir yerə bağlandığını görmək vəsvəsə, kədər və qüssəyə işarədir. Bir dirəyə və ya ağaca bağlı olduğunuzu xəyal etmək yaxşı bir əlamət deyil və sonunda kədər var. Bir şeyi və ya canlını bir yerə bağlamaq ehtiyatlı olmağa işarədir. Bir yerə bağlı olduğunuzu görmək şəhər sakinləri üçün müvəqqəti həbs, və ya kənd yerlərindənsinizsə səyahət və qürbət deməkdir.

Birini bağlamaq, sizə artan paxıllığa baxmayaraq uğur qazanacağınız deməkdir. Düşməni bağlamaq pul qazanacaqsınız deməkdir. Lakin bu pulu qeyri-qanuni yollarla da qazanıla bilər. İt bağlamaq yaxşı gedən işlərin korlanması, dirəyə bağlamaq o deməkdir ki, pulsuzlq yaşamağa və asan pul qazanmaq cəhdi uğursuzluqla nəticələnəcəyinə işarədir. Yuxuda bağlama və ya buna bənzər şeylər bağladığını görən kimsə heç kimə xəbər vermədən işi görüb gizlədər. Bağın açılması hadisənin eşidiləcəyinə və qeybətin olacağına işarə edir. Kim yuxuda özünü bağlanmış görsə, bu yuxu bədxahlara onların bağlanmalarına və həbs olunmalarına dəlalət edir.

Həmçinin bax: Yuxuda Bağlanmaq Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir