NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda iki əlinizin bir-birinə bağlı olduğunu görmək iktidarsızlığa yozulur. Kiminsə iki əlini bağlamaq onu hakimiyyətdən salmaq, iki əlinin də biri tərəfindən bağlandığını görmək, o şəxs vasitəsilə gücünün əlindən alınacağına işarədir. Hər iki əlin bağlı olduğunu görmək axmaqlıqdan xəbər verir. Əl və ayaqları sarıqlı və bağlı görmək yuxu görən üçün pis və faydasızdır. Onun bütün işlərinin bağlı olduğuna və qüdrətinin məhdud olduğuna dəlildir. Yuxuda əl-ayağı bağlı olan adamın əl-ayağının açıldığını görmək xeyirlidir. Çünki bu, acizlikdən xilas olmaq deməkdir. Yuxuda kəndirlə bir yerə bağlandığınızı görmək günah qazanmağa, bir rəvayətə görə isə qəm və kədərə işarədir. Birini əlindən bir yerə bağladığını görmək, yuxu görən adamdan dolayı o adam günaha düçar olacağına və kədərlənəcəyinə dəlalət edir.
Ayağının bağlı olduğunu görən hər kəs xeyir və şərdə, varlılıq və yoxsulluqda, nə olursa olsun, o halında davam edər, ona görə də bu yuxu yoxsul və zəif üçün xeyirli deyil. Otura bilməyəcək şəkildə iki ayağının bir-birinə bağlandığını görsə, pis iş görmüş olar. Bir insanı və ya heyvanı bir yerə bağladığınızı görmək, onları qoruyacağınıza və işlərində zərərdən qoruyacağınıza işarədir. Bəziləri demişlər ki, insan azad olduğu üçün onu bağlamaq yaxşı deyil, çünki bu, azadlığını əlindən almaq deməkdir. Amma heyvan bağlamaq xeyrə yozulur. Bir dirəyə, ağaca bağlı olduğunu görmək yaxşı deyil. Bədəninin bir yerindən başqa bir insana bağlandığını görən yaxşı və pis işlərində ona yaxın olar. Kim yuxusunda özünü əli və ya ayağından bir şeyə bağlandığını görsə, öz günahı üzündən işini tərk edər. Ya yükün altına girər, ya da könüllü olaraq azadlığını məhdudlaşdırar.
Həmçinin bax: Yuxuda Bağlamaq Görmək