NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Bəqərə surəsini oxuyan və ya oxunduğunu görən başqa məhəlləyə köçəcəyinə, ömrünün uzun olacağına, bəla və fəlakətlərdən qorunacağına, düşmənlərinin şərrindən xilas olacağına yozulur. İbn Sirinə görə; Yuxuda Bəqərə surəsini oxumağın mənası miras almaq deməkdir. Kirmani deyir: Yuxusunda Əmənərrəsulu oxuyanın ömrü uzun olar, halı və vəziyyəti yaxşılaşar. Yuxuda Əmənərrəsulu oxumaq çox xeyirli bir yuxudur. Eyni zamanda “Bəqərə” surəsini və ya bir neçə ayəsini oxuyanlar ömrü boyu əziyyət çəkməzlər. Övladları da xeyirli övlad olaraq böyüyərlər. Bundan əlavə, bu yuxunu görən insan özünü pislikdən və şeytanın şərindən qoruyar. Əbdüləni Nəblüsi də yuxuda Əmənərrəsulu oxuyanın elm sahibi və uzunömürlü olacağını, xeyir və bolluğa qovuşacağını bildirir. Yuxuda Əmənərrəsulu oxumaq yaddaşın və kəskin zəkanın əlamətidir.
İmam Cəfər Sadiq (ə): Yuxuda Bəqərə surəsini dinləmək düz sözlü olacağınıza işarədir. İbn Sirinin yozumuna görə, yuxuda Əmənərrəsulu dinləmək, ömrün uzanacağına və bəlalara qarşı səbirli olacağınıza işarədir. Kirmani dedi: “Bəqərə” surəsini dinləmək muradınıza çatacağınıza və düşməndən amanda qalacağınıza dəlalət edir. Həzrəti Aişə (r.a) buyurdu; Yuxuda “Bəqərə” surəsini tam və ya bir hissəsini oxuduğunu görən şəxs bir yerdən başqa yerə gedəcək və öz nəsininə orada sahib olacaq. Yuxuda Əmənərrəsulu oxuduğunu və ya üzərinə oxunduğunu görmək qorxudan, dəhşətdən və fəlakətdən əmin olmağa murada çatmağa işarədir.