NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Kuvalt görmək güc və qüdrət sahibi olan (polis rəisi kimi) bir şəxsə işarədir. Yuxuda Görülən Kuvalt həm də ruzi və kömək deməkdir. Bəzən bir kuvalt görmək böyük, kobud bir adam deməkdir. Yuxusunda kuvalt görən adam gücü, qüvvət və söz sahibi olar. Əlində kuvalt görmək, yuxu görənin ona dəstək olan tanınmış bir şəxsin köməyi ilə işlərini nizama salacağına yozulur.
Yuxuda tikinti materialları satan bir iş yerindən ağır metal kuvalt almaq yuxu görənin halal mal əldə edəcəyinə işarədir. Bəzən yuxuda kuvalt almaq xoşbəxtlik və qazancdan xəbər verir. Yuxuda kuvalt satmaq işdə durğunluğa işarət edir. Kuvalt aldığınızı görmək fəzilət əldə etməyə, fəzilətli insan olmağa işarədir. Bəzi təfsirçilər yuxuda kuvalt aldığını görən şəxsin çoxlu fəzilət qazandığını söyləmişlər.
Bu yuxu yaxşı yuxudur və yuxusunda əlində kuvalt görən şəxs vəzifə sahibi olar, işləri idarə edər, problem və çətinliklərə qalib gələr. Yuxu sahibinin qüvvət və güc sahibi olacağı deyilir. Yuxuda kuvalt tutmaq halal ruzi sahibi olmağa işarə edir.
Yuxuda kuvaltla kimisə vurduğunuzu görmək, güclü bir insanın köməyi ilə düşməninizi məğlub edib, rəqiblər üzərində qələbə qazanacağınıza işarədir. Bir şəxs yuxuda bir insanı öldürərsə, bu, yuxu görənin öz davranışlarına görə amansız düşmən qazanmasına işarə sayılır.
Yuxuda kuvaltla daş sındırdığını görmək ruzi və mal-dövlətə işarədir. Yuxuda kuvaltla daş qırmaq çətin işin öhdəsindən gələrək dövlət tərəfindən mükafatlandırılacağınıza və insanlar tərəfindən təriflənəcəyinizə işarədir. Yenə kuvaltla daş qırmağa ruzi və yardım da deyilir.
Hər hansı bir şəkildə kuvalt görmək, bu, vəzifə sahibi təhlükəsizlik işçisinə işarədir. Yuxuda Kuvalt tapdığını görmək özünü təhlükəsiz hiss etməyə yozulur. Kim yuxuda kuvalt tapsa, bütün problemlərin öhdəsindən gələcək. Kuvalt tapmaq, alacağınız xəbərə görə çox sevinəcəksiniz deməkdir.
Yuxuda kuvaltla nəyisə məhv etdiyinizi, yıxdığınızı, uçurduğunuzu görmək, problemi həll etmək üçün kobud güc tətbiq etməyə işarə edir. Kuvaltla divar qıran, yıxan, uçuran insanlar böyük vəzifələrə çatar, cəmiyyətin gözündə mühüm işlərə imza atarlar. Kuvaltla divarları sındıran, yıxan, dağıdan güc sahibi olar, xalq arasında nüfuzu artar.
Yuxuda kuvalt səsi qəfil dəvətin olacağına işarə edir. Yuxuda kuvaltla yerə mıxca çalmaq şad xəbər almağa işarə edir. Yuxuda kuvaltla torpağa böyük mıx çaxdığınızı görmək qazanc və sevincə işarədir.