Yuxuda Dəyənək Görmək

Yuxuda Dəyənək Görmək Yozması Nədir?

Yuxuda Dəyənək Görmək Yozması Nədir?

Yuxuda Dəyənəklə gəzmək sözü dinlənilən olmağa, Əlində əsa olduğunu görmək şərəf, qüdrət, sərvətdir. Dəyənək sınmağı işdən çıxarılmağa, dəyənək görmək güvənilən adama yozulur. Əlində dəyənəklə bir yerə vurmaq oradan alınacaq faydaya, dəyənəkli adam görmək despotik insana işarədir. Dəyənək güc deməkdir. Kimin əlində dəyənək varsa, həyatda ucalar. Yuxuda əlinizdə dəyənəklə küçədə getdiyinizi görmək sadiq dostunuz olduğuna işarədir. Yuxu görənin dəyənəyə söykənib dincəldiyini görmək, qohumlarının ondan bəzi xeyirlər gözləməsinə işarədir. Əsasının sındığını görmək, çox sevdiyin qohumunun vəfatına yozulur.

Əlinizdəki dəyənəyin birdən qızıl və ya gümüş kimi qiymətli bir metala çevrildiyini görmək yüksək bir mövqeyə sahib olacağınıza işarədir. Başqa bir rəvayətə görə: Yuxuda dəyənək görmək yuxu görənin gündəlik işlərini görmək üçün ətrafından kömək istəməli olacağına işarə edir. Dostunun ona dəyənək verdiyini görsə, dostunun mühüm bir işdə ona kömək edəcəyinə işarədir. Bir tərəfdaşla iş görəcəyinə yozulur.

Yuxuda Dəyənəklə Gəzmək

Yuxuda dəyənəklə gəzmək, sözü dinlənilən adam deməkdir. Dəyənək ilə yerimək sərvət, şərəf və qüdrətlə yozulur.

Yuxuda Dəyənək Qırılmağı

Yuxuda dəyənək qırılmağı işlərində diqqətli olması lazım olduğuna işarədir. Yuxuda dəyənək görmək etimad deməkdir.

Dəyənək dəyərli adama yozulur. Kim görsə ki, dəyənəyə söykənir, belə bir adamın köməyi ilə istəyinə çatar. Kirmaniyə görə, dəyənəyin uzandığını görən istəyinə çatar. Qısaldığını görmək isə bunun əksinədir. Əlindəki dəyənəyin ilana çevrildiyini görənin dostu ona düşmən olar. Dəyənəyin dəyişdiyini görən vəfat edər. Dəyənəyin onunla danışdığını görən, xeyir və fayda əldə edər. Kim kimisə dəyənəyi ilə vursa, ona söz deyər. Dəyənək ilə daşa vurub su çıxardığını görən varlanar, sərvəti çoxalar. Ruzisini asanlıqla qazanar. Kim əlində dəyənək görsə, düşmənə qalib gələr. Əgər dəyənəyin qırıldığını görsə, məmurdursa işdən çıxarılacaq. Tacirdirsə zərər edər. Əsasına söykənən qüdrətli bir insana etibar edər.

Həmçinin bax: Yuxuda Əsa Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir