NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda birinin boynunu qucaqlamaq görmək uzun ömrə işarədir. Bir şəxs yuxuda ölmüş şəxsin boynunu qucaqlasa və israr edib ondan ayrılmasa, o insan vəfatına işarə edir. Yuxuda tanıdığı biri ilə qucaqlaşsa, o insan həmin adamla çox oturub durar. Kim yuxuda düşmənini qucaqladığını görsə, düşməni ilə barışar və düşmənçilikləri bitər. Bəzi təfsirçilər yuxuda qucaqlaşmağın yaxşı danışmağa və gözəl cavab verməyə işarə etdiyini söyləyirlər. Qucaqlaşmaq sevgi və dostluğa, səyahətə, səfərə çıxanın geri qayıtmasına, üzüntü və kədərin aradan qalxmasına işarədir. Qucaqlaşmaq evliliyə və yaxşı yola getməyə işarədir. Kim yuxuda bir qadını qucaqladığını görsə, axirətdən ümidini kəsərək dünyanı qucaqlamağına işarə edər. Çünki qadına dünya və dünya malı deyilir. Kişilərlə qucaqlaşmaq bir-birinə kömək etmək deməkdir. Qucaqlamaq həm də sevgi və anlaşmağı ifadə edir. Kim yuxuda kimisə qucaqlayıb başını onun qucağına qoyduğunu görsə, sərmayəsini həmin şəxsə verər.
Həmçinin Bax: Yuxuda Boyun Görmək