NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çay (içki) görmək sağlamlıq və rifahdan xəbər verir. Yuxuda çay plantasiyası sevincə, çay vermək qonağa, qonağa çay tökmək (doldurmaq), xoş xəbərlərə işarədir. Çayı sahəsində yaşıl görmək sevincə yozulur. Hazır quru çay ruzi deməkdir. Bəzi təfsirçilərə görə çay (içki) görmək qarşılaşacağınız problemlərdə səbirli olmağınız lazım oluğuna işarədir.
Yuxuda çay (içki) aldığını görmək iş və sevgi həyatında uğurlara işarədir. Yuxuda çay aldığını görmək yaxşılığa, xeyirxahlığa işarədir. Çünki çayda şəfa var.
Yuxuda Çay (İçki) tökmək görmək bəzi planlarınızın baş tutmayacağından xəbər verir. Yuxuda çayla dolu stəkan düşməsi və tökülməsi, planlarınızın bəzilərinin həyata keçməyəcəyinə işarə edir. Gözlənilməz problemlərlə qarşılaşacağınıza işarədir.
Əlinizə götürdüyünüz çay stəkanı və ya bardağını təsadüfən üstünüzə tökdüyünüzü görmək, etmək istədiyiniz mühüm işi görə bilməyəcəyinizi və bunun üçün böyük bir maneə ilə qarşılaşacağınıza işarədir.
Qonaqlara çay tökmək (süzmək) xoş xəbər alacağınızdan xəbər verir. Yuxuda çay dolduğunu görmək başqası tərəfindən sevilməyə işarədir. Eyni zamanda, bu yuxu xalq tərəfindən sevilməyə və hörmət olunmağa işarədir.
Başqalarına çay ikram (təklif) etmək həmin şəxsin çevrəsinin genişlənəcəyinə işarədir. Yuxuda çay ikram edən insan iş və ictimai həyatda uğur qazanacağına işarədir.
Yeni xəyallar və gözləntiləri ifadə edir. Yuxuda paketdə çay görmək işdə və cəmiyyət həyatında uğur deməkdir. Bəzilərinə görə bu yuxu ləzzət, sevinc və qəlb xoşbəxtliyinə işarədir.
Yuxuda qəhvəxanada çay görmək xeyirə yozulur. Onu çayxanada dostları ilə çay içdiyini görən işində, həyatında xoşbəxt bir həyat sürər.
Evində qonaqlarına çay ikram (təklif) etdiyini və ya belə bir yerdə ona çay təklif etdildiyini görmək onun hamının hörmət etdiyi, bütün tanışları tərəfindən sevilən bir insan olduğuna dəlalət edir.
Yuxuda dükandan paketlə çay (içki) almaq görmək, uzaq qohumunuz tərəfindən göndərilən qiymətli hədiyyə alacağınıza və ya böyük bir insandan faydalanacağınıza işarədir.
Çay stəkanını qaşıqla qarışdırsanız da şəkərsiz olduğunu fərq etdiyinizi görmək, etdiyiniz hər hansı bir işdə sizə mane olacaq birinin olması deməkdir. Limonlu çay görmək kimsədən kömək alacağınıza işarədir.
Bəzilərinin fikrincə, yuxuda çay (içki) vermək görmək ləzzət, sevinc və keyf əlamətidir. Kristal şüşədə açıq çay vermək xeyir və mənfəət deməkdir. Rəvayətə görə, yaxşı həyat yoldaşı, xeyirli övlad deməkdir.
Çay bulanıq və çox tünd rəngdədirsə, üzüntü və kədərdir. Çay çox isti olarsa xəstəliyə, şəkərsizdirsə kədərə, torpaq qabda çay, ruzi qıtlığına, adi qabda çay yoxsulluğa işarə edir.
Yuxusunda çay süfrəsi verən (dağıdan) insan həm işdə, həm də cəmiyyətdə uğur qazanacaq. Başqalarına təklif edərsə o adamın çebvrəsi genişlənər. Yeni, dəyərli dostlar qazanar. Qablaşdırılmış çay xidməti yeni bir ümid və gözləntidir.