NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda cənabət olduğunu görmək (görən) işlərində heyrətə düşər. Rəvayətə görə səfərə çıxar və bu səfərdən istədiyini ala bilməz. Kim görsə ki, qüsl alıb paltar geyinir, təəccübündən qurtular və istəyinə çatar. Ebu Sait Əl Vaizə görə: sulu rəngdə olan kişilik alətindən gələn, lakin tünd rəngdə olan şey malın bolluğuna yozulur. Mavi rəngdə olan, lakin məni kimi tünd olmayan şey xeyirsiz mala yozulur. Məni isə xeyirli və qalıcı zənginliyə işarə edir. Yuxuda bunlardan bir şey üstünə bulaşsa və ya özündən çıxsa, dediyimiz şeylərdən birini əldə edər. Məzi görənin malı artar, vədi görənin əlinə qeyri-daimi mal keçər, məni görənin isə əlinə daimi mal keçər. Arvadına bu şeylərdən birinin bulaşdığını görən ona paltar alar.
Yuxusunda üstünə isti sperma (məni) bulaşdığını görən xəzinə tapar. Spermasının rəngini sarı görənin, xəstə uşağı olar. Qırmızı sperma qısa ömürlü uşağı ifadə edir. Spermasını qara görən, ailəsinə başçı olacaq övlada işarədir. İbn Sirinə görə: Yuxuda məni (sperma) görmək mal və bərəkətə işarədir. Yuxuda sperma ilə dolu kasa görmək, gizli bir maldan faydalanacağınıza işarədir. Şayiələrə görə, məni görmək əlinizdə olan pulu xərcləmək deməkdir. Yuxu görən tərcüməçiyə: “Mən gördüm ki, məndən məni çıxır” desə, onun əlindən malı gedər, “məndən məni gəldi” desə, əlinə mal keçəcəyi kimi yozulur. Yuxu eyni olsa belə, mənası sözün tələffüz yolu ilə verilir.
Cafer i Sadiq (R.A.)-a görə: Yuxuda cənabət görmək üç cür (3) yozulur:
Yuxuda cünub (cənabət) olduğunu görən şəxs dəstəmazsız bir ehtiyacı üçün çalışar. Cünub olaraq namaz qıldığını görən şəxs ibadət üçün səfərə çıxar. Bəziləri isə həmin şəxsin dininin pozuq olduğunu deyiblər. Bəziləri deyirdilər ki, bu, özünü cünub olaraq görən şəxsin adının bir məsələyə qarışmasına işarədir. Cünub olduğu halda yuyunmağa su tapmadığını görən insan istədiyi dünya və axirət işlərində çətinlik çəkər.
Müəllif: Yuxuda cənabət olduğunu görmək, haram iş görəcəyinizə, bədbəxtliyə düçar olacağınıza işarədir. Bəzi tərcüməçilərə görə, Səfərə gedəcəyinizə, məqsədinizə çatacağınıza, ancaq sonra işinizin pisləşəcəyinə işarədir. Kirmani: Cənabət və lüt olduğunu görmək, işinizdə çıxılmaz vəziyyətə düşəcəyinizə işarədir. Cenabet olandan sonra hamamda yuyunduğunuzu, sonra da çölə çıxıb təmiz paltar geyindiyinizi görmək, günahlarınızdan tövbə edib Allaha üz tutacağınıza işarədir.