NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çiçək açdığını (açması) görmək, uzaq və zəngin bir qohumdan miras alacağınıza işarədir. Fərqli insanlar olduğu kimi çiçəklərin də müxtəlif növləri var. Yuxuda bəyənilən çiçəklərin açması şərəfli insana, xeyir-bərəkətə və xəstəliklərdən şəfa tapmağa işarə edir. Yuxuda bağçanızda çiçək açan ağacları görmək murada çatmağa işarə edir. Təzə çiçək açan adi cirəgülü görmək sevinc və səadət verəcək xəbərə işarə edir. Yuxuda çiçək açdığını görmək ləzzətli şeyə və xeyrə işarədir. Subay adam yuxuda çiçək açdığını görsə, evlənəcəyinə işarədir. Yuxuda müxtəlif rəngli çiçəklərin açması dünyaya və onun məzmununa, təzə və xoş şeylərə işarə edir. Yuxuda ağac çiçəyinin çiçəklənməsi (açması) insanlara dini və dünyəvi işlərdə yol göstərən zahiri və ezoterik bir nura yozulur.