NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Kim yuxusunda kimsə tərəfindən çimdiklənsə, dərhal xəbər alacaq. Bu yuxu göründüyü şeylərlə əlaqədar şərh edilməlidir. Yuxuda çimdik görmək xəbərdarlıq etməyə işarədir. Yuxuda kimsə tərəfindən çimdikləndiyinizi görmək, görüləcək bir iş barədə xəbərdarlıq edildiyinizə işarədir. Özünün başqasını çimdiklədiyini görmək isə bu yuxunun əksinə yozulur. Biri tərəfindən arxasından çimdikləndiyini görmək başqa birinin arvadına və ya ərinə tamah edildiyinə işarədir. Üzünün başqa bir adam tərəfindən cimdikləndiyini (sıxıldığını) görmək, malınıza göz qoyulduğuna işarədir.
İbn-i Sirinə görə: çimdik xəbərdarlıq kimi yozulur. Birinin sizə çimdik atdığını görmək Uca Allah (c.c) tərəfindən ibadətinizdə etinasızlıq göstərdiyinizdən dolayı xəbərdarlığa yozulur. Birini çimdikləmək onun malına paxıllıq etməyə yozulur. Budundan və ya ombasından birini çimdikləmək onun həyat yoldaşına pis gözlə baxmağa yozulur. Kiminsə əlini çimdikləmək, qazancı qısqanmağa yozulur. Bir insan yuxuda kimisə çimdiklədiyini görsə, çimdiklədiyi adamın malına tamah edər. Kim yuxuda birinin ombasını çimdikləsə, o adamın xanımına xainlik edər. Budunu çimdikləsə, millətinin və tayfasının malına tamah edər. Əlini çimdikləsə, qardaşının malına tamah edər.