NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çayda balıq görmək sərvət, bol sərvət və həyatdan həzz almağa işarədir. Yenə çayda (axarda) çoxlu balıq görmək bərəkət, xeyir və nemətə yozulur. Yenə də yuxuda insan özünü çayın kənarında, yaşıllıqda balıq tutduğunu görsə, sağlamlıq, sevinc, müjdə, genişlik və bərəkətli pula işarə edir. Yuxuda dərədən balıq tutmaq gözlənilməz yerlərdən gələcək xeyirli işlərə və ruziyə işarədir. Yuxuda balıq torunu görmək – halal qazanc əldə etməyə işarədir. Çayda və ya dərədə üzən balıq görmək, halal mal əldə edəcəyinizə işarədir. Yuxuda əllə dərədə balıq tutmaq bolluğa, bərəkətə, sərvətə işarədir. Yenə axarda əllə çoxlu balıq tutmaq yaxşı həyat və asan gəlirə işarədir. Yenə dərədən əllə balıq tutmaq xeyirə yozulur. Yuxuda axar suda xırda balıq görmək ömür boyu kef, həzz, xeyir və bərəkətə işarədir.