NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bacanaq (həyat yoldaşları bacı olan kişilər) görmək, aranız açıq olduğunuz biri ilə barışacağınıza yozulur. Bəzi yuxu şərhçilərinə görə, yuxuda bacanaq, güc və işdə uğur deməkdir. Yuxuda bacanaq görmək xeyrə yozulur. Bacanaq yuxusu, heç gözləmədiyiniz bir yerdən sizə gələcək ruzi deməkdir. Bacanaq görmək qazanacağınız mənfəətə işarədir. İmam Əbdülqəni Nəblusinin söylədiyi ifadəyə görə yuxuda görülən bacanaq belə təsvir edilir:
Yuxuda baldız və bacanax görmək; Baldız və bacanağı bir yerdə görmək övlad, etibar, mal və dünya həyatı deməkdir. Yuxu sahibi üçün evlilik, xoşbəxtlik və səadətə yozulur. Yuxuda baldızı görmək, vəziyyətinizin yaxşı olacağına işarədir.
Yuxuda Bacanaq ilə danışmaq möhtərəm bir şəxslə dostluq edəcəyinizə və onun vasitəsilə şərəf və rütbə qazanacağınıza işarədir. Yuxuda bacanaqla danışdığınızı görmək yaxşılıq gördüyünüz adamdan qazanc əldə edəcəyinizə işarədir. Yuxuda bacanaqla söhbət etmək müxtəlif işlər görəcəyinizə və bu işlərdən xeyir görəcəyinizə işarədir. Yuxuda bacanaqla söhbət edib danışmaq nəyəsə ehtiyacı olan biri üçün ümid qapılarının açılacağına işarədir.
Yuxuda Köhnə bacanağı görmək; qohumlarınız sizdən öz mənfəətləri üçün istifadə edirlər. Ona görə də aldanmamaq üçün diqqətli olmaq lazım olduğuna işarədir. Bugünkü yuxu tərcüməçilərinin fikrincə, yuxuda köhnə bacanağınızı görmək sevinc və xoşbəxtliyə, bəxtin açılacağına işarədir.
Yuxuda Bacanaqla Mübahisə etmək həqiqəti tapmaq üçün səmimi olmanız gərəkdiyinə yozulur. Yuxu görənin görəcəyi mühüm işlərdə ətrafı ilə məsləhətləşərək bu işi görəcəyinə işarədir. Bir xəstə yuxuda bacanağı ilə mübahisə edərsə, sağlamlığına qovuşar. Bacanağı ilə mübahisə edən yuxu sahibinin yaxşılıq gördüyü adam ilə arasının dəyəcəyinə işarədir.
Yuxuda Ölü Bacanaq Görmək; Kimsə real həyatda ölü bacanağını görsə, evlənəcək və xoşbəxt olacağına işarədir. Yuxu sahibi evlidirsə, fayda görəcəyi yaxşı bir insanla dostluq edəcəyi kimi yozulur. Yuxu görən insanın itirdiyi bir şeyi tapacağına işarədir.
Yuxuda Bacanağının Ağladığını Görmək; Yuxuda bacanağın ağlaması xoşbəxtliyə yozulur. Yuxuda bacanağın ağlaması, sevinəcəyiniz bir vəziyyətlə qarşılaşacağınıza işarədir. Yuxuda bacanağın ağladığını, kədərləndiyini və ya bir şeyə sitəm etdiyini görmək, yuxu görən üçün xeyirli bir vəziyyətə işarə edir.
Yuxu görən insan, görəcəyi kömək sayəsində problemlərindən qurtulacağını ifadə edir. Yuxuda bacanağını döymək yuxu görənin etdiyi zərərləri kompensasiya edəcəyinə işarədir. Yuxu görənin görəcəyi işləri daha diqqətli və ətraflı düşünərək hərəkət edəcəyinə işarə edir.
Yuxuda Bacanaq ilə dalaşmaq; İş həyatında görəcəyi bəzi işlərə görə düşəcəyi çətin vəziyyətə işarə edir. Yuxuda bacanağıınızla dalaşdığını görmək yuxu sahibinin çox güclü və geniş səlahiyyətlərə malik olan biri tərəfindən qorunacağına işarədir. Bəzən bəzi insanlarla arasının dəyəcəyinə işarə edir. İstismar edilməməyə diqqət edin.
Yuxuda Bacanaqla Yemək Yemək; Yuxuda bacanaq görmək ailədə xoşbəxtliyə işarə edir və eyni zamanda yuxu görənin uzun müddətdir gözlədiyi xəbəri eşidəcəyinı yozulur. Yuxuda bacanağınızla restoranda yemək yemək qohumunuzla münasibətinizin yaxşılaşacağına işarədir.
Yuxuda Küsülü Bacanaq görmək; Küsdüyünüz Bacanağınızı görməniz, yuxu görən insanın işini çəkə bilməyən bir adamın onun haqqında dedi-qodu edəcəyinə dəlalət edir. Küsülü olduğunuz bacanağınızı görmək bəzən kiməsə edilən haqsızlıqdan sonra hiss etdiyiniz vicdan əzabına işarə edir.
Yuxuda Bacanağınızın Öldüyünü Görmək; Din yolunda güc qazanacağınıza və ya borcunuzun ödəniləcəyinə işarədir. İslami yuxu yozumlarında ölümlə edilən şərhlərə görə, bacanağınızın öldüyünü görmək sevinəcəyinizə və ya gözlənilməz bir yerdən kömək xəbəri eşidəcəyinizə və sevinəcəyinizə işarədir.