NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda baldız (kişiyə görə arvadının bacısı) görmək həyat yoldaşına qarşı incikliyə işarə edir. Yuxuda baldız görmək evdə iğtişaşların olacağına, ailə arasında yaşayacağınız problemlərin cansıxıcı olmasına səbəb olacağına yozulur. Bundan əlavə baldızını görmək, yaşadığınız mühitdə və ailəniz arasında yaşayacağınız gərginliyin can sıxıntısına səbəb olacağına yozulur. Yuxusunda baldızını görən şəxs əsassız və məqsədli dedi-qoduya məruz qalar. Bu səbəbdən onun həyat yoldaşı ilə münasibəti pozular. Başqa bir rəvayətə görə: baldız görmək, lazımsız dedi-qodular nəticəsində ailədə iğtişaşların olacağına işarə edir. Evli bir adam yuxuda baldızını görsə, həyat yoldaşı ilə problem yaşayacağına, arasının açılacağına işarə edir. Ümumiyyətlə, yuxuda görülən baldız gözlənilməz bir qonağı bildirir. Bəzən yaxşı xəbərlərin gələcəyinə işarət edir. Bəzən qeybət və ya qısqanclıq kimi də yozulur. Həm də evliliyi və ya görüşü simvollaşdırır. Bəzi təfsirçilər yuxuda baldızın ailə münaqişəsinə işarə etdiyini söyləyiblər.