Yuxuda Balıq Toru Görmək

Yuxuda Balıq Toru Görmək Yozması Nədir?

Yuxuda Balıq torunda balıq görmək, Yuxuda Balıq toru görmək, Balıq toru toplamaq

Yuxuda Balıq Toru Görmək balıqçılar üçün problemli ova, qorxusu olanlar üçün qorxunun artmağına, qorxusu olmayanlar üçün can sıxıntısına yozulur. Dəniz səyyahı üçün tor görmək səyahətin bitməsinə yozulur. Balıq toruna düşmək və ya tələyə düşmək həbsə, xəstələnməyə, malı müsadirə olunmağa və fərqli xasiyyətli qadınla evlənməyə işarət edir. Düşdüyü tələdən qurtulmaq bunlardan qurtulmağa dəlalət edir. Balıq torunu görmək halal mal qazanmaq üçün cəhdə, başqa bir deyimə görə isə hiylə və ehtiyata işarə edir. Kim dənizə, dərəyə tor ataraq balıq tutduğunu görsə, tədbirdən istifadə edər və əlinə halal pul keçər. Torunu boş çıxardığını görən bu tədbirdən heç nə qazana bilməz. Torunun cırıldığını görənin işi pozular. Başqa bir rəvayətə görə: Yuxuda tor görmək – hiylə, ruzi, elm, diləyinizə çatmağa və düşmənə qalib gəlməyə dəlalət edir.

Yuxuda balıq toruna düşdüyünü və ya basdığını görən şəxs həbsxanaya düşər, xəstəliyə tutular və ya xasiyyətinə uyğun olmayan qadını alar kimi yozulur. Balıq toru qorxu içində olanlar üçün zorakılığa, köləliyə və tordan çörək qazananların çətinliyə düşəcəklərinə işarə edir. Balıq toru, kədəri olmayan üçün həbs və cansıxıntısı deməkdir. Yolçu olan biri tor görsə, və dəniz sərnişini olsa, səfərdən qayıdacağına işarədir. Balıq toru dərdli adamın qəm-qüssəsinin artmasına, ovçu üçün xeyir və mənfəətə dəlalət edir. Balıq torunun bir parçasını itirən üçün də xeyrə yozulur deyirlər. Yuxuda tora sahib olduğunu görmək fırıldağa, ruziyə, elmə, diləyinizə çatmağa və düşmənə qalib gəlməyə işarə edir. Yuxuda balıq torunu görmək halal qazanc üçün iş tutmaq deməkdir. Dənizdə və ya çayda tor atıb balıq tutduğunuzu görmək ələ keçəcək halal mala işarə edir. Torunuzun dənizdə və ya çayda parça-parça olduğunu, yırtıldığını görmək işlərin çətinləşəcəyinə işarədir.

Həmçinin bax: Yuxuda Balıqçı Görmək

Həmçinin bax: Yuxuda Balıq Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir