NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda bayraq görmək şərəf, yaxşı rəftar, izzət və ucalıqdır. Əlində bayraq daşımaq şərəf və ixtiyardır. Əlindəki bayrağı yerə salmaq səlahiyyətini itirməyə yozulur. Bayraq görmək doğru yolu tapmağa, qadının bayraq görməsi və ya gəzdirməsi ailə qurmaq deməkdir. Dalğalanan bayraq görmək şanslı bir dövrdə olduğunuza işarədir. Durğun, sallanmış və ya yarı qaldırılmış bayraq problemli hadisələrdən xəbər verir. Yuxuda bayraq asmaq, müharibənin getdiyi ölkədə yaşasanız, müharibədə qalib gələcəyinizə işarədir. Muharibənin getmədiyi ölkədə yaşasan zənginliyə yozulur. Xarici dövlətin bayrağı dövlətlər arasında fikir ayrılıqlarını göstərir. Yuxuda bayraq uğuru simvollaşdırır. Öz ölkəsinin bayrağını görən hər kəs rahatlıqla istədiyini edə bilər, başqa ölkənin bayrağını görən isə kənardan kömək alacaq. Yuxuda bayraqlar, xeyirə yozulur.
Bir gəncin dostu tərəfindən köməyə çağırılacağına, yaşı otuzdan yuxarı olarsa, vəzifə və qürur verəcək uğurlu bir işə cəhd edəcəyinə işarədir. Evin üzərində dalğalanan bayrağı görmək o evdən birinin vəfat edəcəyinə yozulub.
Bayraq sallaq və yarı çəkilibsə, hər kəs üçün təhlükənin qaçılmaz olduğuna yozulur və yuxu görənin tədbirli davranışı ilə az-çox təhlükənin qarşısını almaq olar. Nəblusiyə görə Yuxuda bayraq qələbəyə işarədir.
Evinizin qapısına bayraq asıldığını görmək evinizin düşmən şərrindən amanda olacağına yozulur. Yuxuda bayraq asmaq və ya pəncərənizdən asılmış bayraq görmək ona paxıllıq edənlərin nəzərindən qurtulacağınıza işarədir.
Əlinizdə bayraq küçədə getdiyinizi görmək düşmənlərinizə qalib gələcəyinizə işarədir. Bayrağı başqasının əlindən alıb evinizə gətirdiyini görmək, miras alacağınıza və ya lotereyadan çoxlu pul qazanacağınıza işarədir. Təəccüblənən və nə edəcəyini bilməyən çaşqın vəziyyətə düşən adam yuxuda əsgər bayrağı görsə, həmin adamın çaşqınlıqdan qurtulacağına və doğru yolu tapacağına işarə edir. Qadın üçün bayraq görmək həyat yoldaşına işarə edir. Yuxuda bayraq görmək şan-şöhrətə, xeyir-bərəkətə işarədir.
Başqa bir rəvayətə görə: Yuxuda qırmızı bayraqlar müharibəyə, sarı bayraqlar orduda vəba xəstəliyinə, yaşıl bayraqlar xeyirli səfərə, ağ bayraqlar yağışa, qara bayraqlar qıtlığa işarə edir. Bəzi tərcüməçilər qara bayraqdan hər yerdə baş verən yağış kimi yozublar. Yuxuda ağ bayraq saleh və təmiz qadınada işarədir. Əgər subay kişi qırmızı bayraq görsə, bu onun pis xasiyyətli qadınla evlənəcəyinə işarə edir.
Yuxuda öz hesabına bayraq almaq vəzifənizdən uzaqlaşdırılacağınıza işarədir. Rəsmi və ya özəl binada dirəyə bayraq qaldırdığınızı görmək və ya bayraq mərasimində iştirak etmək hərbi çağırışda iştirak etmədiyinizə görə cəzalandırılacağınıza, Rəsmi və ya özəl binada dirəyə bayraq qaldırdığınızı görmək və ya bayraq mərasimində iştirak etmək hərbi çağırışda iştirak etmədiyinizə görə cəzalandırılacağınıza, əgər qadınsınızsa, yaxın gələcəkdə milli müdafiə xidmətinə çağırılacağınız və ya sosial xidmət göstərmək üçün bir dərnəyə qoşulmaq istədiyiniz kimi şərh olunur.
Yuxuda cırılmış bayraq görmək o insanın böyük bir qorxu nəticəsində xəstələnəcəyinə yozulur. Yuxusunda torpağa bayraq basdırdığını görmək o adamın torpağa basdırılan bayraqların sayı qədər evlənəcəyi və hamısının varlı qızlar (oğlanlar) olacağına təfsir edilir.