NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda nəfəs borusu görmək səfirə, elçiyə, ölümə və həyata işarə edir. Kim görsə ki, boğazından gil və ya sap çıxır və onu dartıb çıxarsa, amma tam çıxara və qıra bilməsə, ömrü uzun olar. Rəhbəri ilə düşmənçiliyi davam edər. Bu yuxunu görən tacirin ticarəti yaxşı olar. Bəzən boğaz görmək evin suyuna və ya quyusuna işarədir. Məlumdur ki, boğaz insanın həyatıdır. Nəfəsi oradan alınır. Bu səbəbdən boğaz görmək xeyrə yozulur.
Bir insan yuxusunda boğazında ağrı hiss etdiyini görsə, həmin şəxs özünü həkimə müayinə etdirməlidir. Boğazınızdakı bir şeydən boğulmaq üzrə olduğunuzu yuxuda görmək ailənizdən birinin utanc verici bir iş görməsi ilə qarşılaşacağınıza işarə edir. Bundan dolayı, ürəyinizin dərindən yaralanacağına və asanlıqla yaxşılaşmayacağınıza işarə edir.
Həmçinin bax: Yuxuda Boğaz Xırıltısı Görmək