Yuxuda Boğazını Kəsmək Görmək

Yuxuda Boğazını Kəsmək Görmək Yozması Nədir?

Yuxuda Boğazını Kəsmək Görmək Yozması Nədir

Yuxuda öz boğazını kəsmək görmək yuxu görən adamın işlərinin tərs gedəcəyinə yozulur. İnsanın insanı və kəsilməsi halal olmayan heyvanların boğazının kəsməsi onlara haqsızlıq kimi yozulur. Bir qadını boynundan kəsmək qanunsuz bir münasibətdir. Uşağın boğazını kəsmək onun həddi-büluğa çatmasına dəlalət edir. Bir insanın özünün boğazını kəsməsi, qan çıxırsa, zülm etməyə, qan çıxçmırsa yaxın qohumuna qarşı xeyirxahlıq etməyə yozulur. Yuxuda kiminsə boğazını kəsmək görmək o insana zülm etməkdir. Əgər qohumlarından birinin boğazını kəsdiyini, ancaq qanının çıxmadığını görmək, bu, aralarındakı qohumluq əlaqələrinin kəsilməsinə işarədir. Əgər qan axsa, bir-birinə kömək etməyə, yaxşılıq etməyə işarədir. Boğazı kəsilmiş bir nəfər və ya çoxlu adam görmək onların pis insanlar olduğuna dəlildir. Anasının, atasının, ya da uşaqlarının boğazını kəsdiyini görən əgər qan çıxsa, anasına, atasına qarşı çıxar ya da övladı ona qarşı üsyan edər. Əgər qan görünmürsə, aralarındakı sevgi bağının möhkəm olduğuna dəlalət edir. Bir qadının boğazını kəsdiyini görən, özünü həmin qadına yaxın hiss edər, münasibətdə olar. Dişi heyvanı kəsmək də qadınla cinsi birləşməyə də işarə edir.

Bir qadın dövlət başçısının onu kəsdiyini görsə, nikahlanar. Yuxuda süd uşağının kəsildiyini və qızardıldığını görən ona zülm edər. Yuxuda kəsmək və kəsilmək bir çox təfsirçiyə görə yaxşı deyil. Başqa bir rəvayətə görə: Yuxuda bir şeyin boğazını kəsmək valideynə qarşı üsyan əlamətidir. Yuxuda birini kəsdiyinizi görmək yuxu görənin kəsdiyi adama zülm etdiyinə işarədir. Qəm və kədərli bir insan yuxuda özünün boğazını kəsdiyini görsə, qəm və kədərdən qurtulacağına işarədir. Yuxuda boğaz kəsmək nikaha da işarədir. Bir şəxs yuxuda göyərçin, qoyun kimi şeylərin boğazını kəsdiyini görsə, həmin şəxs evlənər.

Yuxuda Boğaz Kəsməyin Mənası Və Təfsiri

Yuxuda bir insanın və ya xalqın boğazının kəsilərək öldürüldüyünü görmək onların azğınlıq içində olduğuna işarə edir. Yuxuda birinin özünün boğazını kəsdiyini görməsi, kəsərkən qan çıxsa, zülmə və üsyana işarədir. Əgər qan çıxmazsa, qohumları ziyarət etməyə və yaxşlığa işarə edir. Əgər bir qadın yuxuda dövlət başçısının onun boğazını kəsdiyini görsə, bu, o qadının bir kişi ilə evlənəcəyinə işarə edir. Kəsilməsi halal olmayan hər şeyin hökmü belədir. Yuxuda bir qövmün kəsildiyini görmək işlərin istədiyinlə yaxşı bitəcəyinə işarə edir. Bir adam yuxuda başqa birini kəsdiyini görsə, kəsilən kəsəndən xeyir əldə edər.

Həmçinin bax: Yuxuda Boğaz Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir