Yuxuda Boru Görmək

Yuxuda Boru Görmək Yozması Nədir?

Yuxuda Boru Görmək Yozması Nədir

Yuxuda boru görmək pul qazanmaq və bərəkət deməkdir. Yuxuda boru çalmaq qeybətçi və böhtançının şəxsiyyətinin üzə çıxması deməkdir. Suyun borudan axmasının qarşısını almaq, işlərin pisləşəcəyinə və zərər ediləcəyinə işarədir. Yuxuda boru səsi eşitmək yalana görə pis xəbər alacağınıza işarədir. Boru istehsal etmək çətinliklərin sonunu və işlərin yaxşılaşdığını göstərir. Boru görmək, şan və şöhrətə, boru səsini eşitmək bir hadisəyə işarədir. Cəfəri Sadiq (r.a.) dedi: Yuxuda boru çalmaq pis xəbərə işarə edir. Yuxu görənin gizli sirri açılar, yalan söz eşidər, bəla və sıxıntı çəkər, müsibətə və bəlaya düçar olar.

Boru görmək adətən xəbərdir. Əgər evinizdə su və ya qaz borularının çəkildiyini görsəniz, dövlət qulluqçususunuzsa, vəzifəniz yüksələr, tacirsinizə malinizin daha çox pul edəcəyinə yozulur. Əgər bu yuxuyu görən sənətkardırsa əsərləri bəyəniləcək. Yuxuda evdə su borusundan su axdığını görmək ruzi və bərəkətə işarədir. Yuxuda soba borusu görmək bədbinliyə qapılacağınıza işarədir. Soba borusu işdə daha ağıllı davranılmadığı üçün işlərin yaxşı getmədiyini də göstərir və insanın daha çalışqan, daha praktik düşüncə sahibi olması lazım olduğunu bildirir.

Həmçinin Bax: Yuxuda Bərəkət Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir