NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Nəblusi (rh.a.) dedi: Yuxuda bostan görmək bağışlanma diləməyə, bağışlanma diləmək bostana işarət edir. Yuxuda bostanınızı suladığınızı görmək əhlinə yaxınlıqdan xəbər verir. Yuxuda yarpaqları qurumuş, tökülmüş, saralmış bostana girdiyinizi görmək kədər və qəm-qüssə əlamətidir. Həmçinin: Bostan görmək qadına işarə edir. Yuxuda görülən bostan qadına yozulduğu zaman o bağın ağacı qadının ailəsi və övladıdır. Bostanın meyvəsi də belə yozulur. Yuxuda naməlum, bilinməyən bostan görmək Qurana işarə edir. Çünki Qurani Kərim oxuyanlar arasında onun hikmət bəhrələri həmişə mübadilə edilir və toplanır. Bostanda çoxlu meyvə və çiçəklər olduğu kimi, Allahın kitabı Quranda da çoxlu hikmət inciləri və hikmət meyvələri vardır. Qurandakı müjdə və qorxular bostanın şirin və turş meyvələri kimidir. İnsanların bəziləri şirin, bəziləri isə turşu sevir. Qurani Kərimdə də bəziləri üçün müjdə, bəziləri üçün isə əzab xəbərləri ilə doludur. Bostan görmək həm də gözəl cənnət nemətlərinə işarədir. Çünki ərəblər bağçaya “Cənnət” ismi veriblər.
Bostan görmək bazara, bəy otağına, ondan istifadə olunan mal və mülkə işarə edir. Bostanda görünən ağac o gəlinin süfrəsinə, meyvəsi isə yeməyinə işarədir. İbni Şirin (rh.a) demişdir: Öz bostanınızda və çoxlu meyvə ağaclarının içində olduğunuzu və bu ağaclardan meyvə qoparıb yediyinizi görmək, zəngin bir qadınla evlənməyə və ondan faydalanmağa işarədir. Yuxuda bostanın torpağına toxum əkdiyinizi görmək övlad sahibi olacağınıza yozulur. Yuxuda bostan belləmək evlənməyə işarədir. Kim payızda bostana girsə, yarpaqların üstünə töküldüyünü görsə, qəm-qüssə və dolanışıqsızlığa düçar olar. Kim bostanda yüksək bir yerdə dayanıb bir yerə söykəndiyini görsə, övladından və ailəsindən xeyir görər.
Kirmani deyib ki: Yuxuda bostan görmək mal və sərvət sahibi olan adama işarə edir. Yuxuda yazda ot və meyvə ağacları ilə bəzədilmiş bağda olduğunuzu, lakin selin gəlib bütün ağacları apardığını görmək, həmin yerdəki dövlət xadimlərindən birinin vəfat etməsinə işarədir. Bağda canavar və ovçu görmək o yerdə ədalətin olmaması deməkdir. Bağda qoyun görmək, mal-dövlət əldə edilə bilməyəcəyinə işarədir. Bağda öküz və eşşək görmək dövlət başçısının böyüklüyünə, var-dövlət və bərəkətin çoxalmasına, at görmək isə böyük insanlara işarə edir.
Cəfəri Sadiq (r.a.) demişdir ki: Yuxuda bostan görmək yeddi cəhətdən yozulur:
Yuxuda bostanda xoş ətirli bir şey tapdığınızı görmək, xoş xasiyyətli övlada, pis qoxulu bir şey görmək də üsyankar və pis övlada işarədir. Yenə bostanda gavalı ağacının olduğunu görmək elm və ədəb öyrənəcək övladın əlamətidir. Bostan görmək, camaat, avam, cahil, alimlər, səxavətlilər, xəsislər və hər kəs üçün məscid və bazara dəlalət edir. Yenə bostan yuxusu ibadət edənlər və tələbələr üçün məscidin bir hissəsi olan mədrəsə kimi elm mərkəzlərinə işarədir. Bostan həm də əsgərlərin toplaşdığı və yığışdığı dövlət kazarmalarını bildirir. Yamyaşıl bostan görmək, insanın istəklərinin gerçəkləşəcəyinə və muradına çatacağına işarədir.
Yuxuda bostan (tərəvəz, meyvə bağı) görmək bolluğa yozulur. Yuxuda bostan qazaraq əkdiyinizi görmək qazanc üçün bir işə pul yatırdığınızı göstərir. Bostanın yaşıllaşdığını və məhsul verdiyini görmək, o işdən çoxlu gəlir əldə etdiyinizə dəlalət edir. Bəzən bostan evlilik həyatına da işarə edir. Bostanda toxum əkmək bir uşağının olacağına, bostanı belləmək evliliyə işarədir. Daniyal əleyhissalama görə: Bostan görmək qadına yozulur. Yuxuda bostanı suladığını görən kişinin həyat yoldaşı ilə münasibətdə olar. Başqasının bostanını suladığını görən zina edər. Bir adamın yuxu görənin bostanını suladığını görmək həyat yoldaşının başqası ilə cinsi əlaqədə olmasına işarədir.
Həmçinin Bax: Yuxuda Bağ və Bağça Görmək
Həmçinin Bax: Yuxuda Bağ Görmək
Həmçinin Bax: Yuxuda Bağ Məhlə Görmək