NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
Yuxuda çəkmə geyinmək rütbə qazanmağa işarədir. Çəkmə geyindiyini görən məhbus zindandan azad olar. Üzüntülü və qəmli insan yuxusunda çəkmə geyindiyini görsə, o adamın kədəri, qəm-qüssəsi gedər, işi asanlaşar. Yuxuda çəkmə görmək, qüdrət, dəlil və qüvvətdir. Bu yuxu evin xanımına, gəmiçiyə, kirayəçiyə, nikah məmuruna və ya səfərə işarədir. İmam Nəblusinin nəzərinə görə, yuxuda qırmızı, qara, boz, sarı, yaşıl kimi müxtəlif rəngli çəkmələr həyat yoldaşı, arvad, ər, uşaq və ya inəyə yozulur. Bu yuxu səfərə və ya rütbə və dərəcəyə də işarə edir. Yuxuda çəkmə geyinmək gördüyünüz hər işdə uğur qazanacağınıza işarədir. Əgər çəkmə köhnəlibsə, bu, xəstələnəcəyiniz və bəzi problemlərlə üzləşəcəyiniz deməkdir. Başqasının çəkmə geyindiyini görmək, birinin sevgilinizi sizdən alacağına işarədir.
Yuxuda çəkmə almaq, uzun dabanlı ayaqqabı dəri olsa, rütbəyə işarə edir. Çəkmə dənizçi və ya kirayəçi, nikah məmuru, doğru yolda olan insana işarə edir. Normal çəkmələr (sapoxlar) evin xanımını və ya səyahəti təmsil edir. Sapoqda (Potuda) görünən müsbət və ya mənfi hallar buna uyğun şərh olunur. Yuxuda çəkmə (potu) geyinmək hər işdə uğur qazanmaq deməkdir. Çəkməni geyən sizsinizsə, etdiyiniz işdə uğur qazanacağınıza, başqası olsa, o adamın sevgilinizi sizdən alacağına işarədir. Çəkmə geyindiyini görmək böyük qazanc deməkdir.
Yuxuda görülən çəkmə bəzi yuxularda görüldüyü kimi rənginə, adamına, iş həyatına və vəziyyətinə görə müxtəlif mənalar daşıyır. Bəzən sevgilidən ayrılıb xaricə gedəcəyinizə işarədir. Yuxuda çəkmə itirmək bəzən qovuşmağı, sevinci təyin edir. Bəzən xəstəlik və yoxsulluğa işarə edir. Həmçinin çəkmə geyinmək gözlənilməyən qonağın gələcəyinə işarədir. Bir şəxs yuxuda çəkmə geyindiyini və onun qara rəngdə olduğunu görsə, həmin şəxs işgüzar səfərə gedəcək. Yəni qara çəkmə geyinmək səyahət deməkdir. Amma bu səfərdən ümid etdiyini tapa bilməyəcəyinə yozulur. Qara çəkmə görmək, yuxu görən şəxs üçün xeyirli yuxuya yozulur. Geyindiyi çəkmələrin rəngi yaşıl olarsa, çıxacağı səfərindən umduğundan çox şey tapacağına yozulur. Yuxuda yaşıl çəkmə geymək çox xeyirli bir yuxudur və görəcəyi işlərinizin ruzisini əldə edəcəyinizə işarədir. Bundan əlavə, yaşıl çəkmə görmək ruzi, bolluq və bərəkətə işarə edir.
Yuxuda geyindiyi çəkmələrin təzə olduğunu görsə, ancaq ayağını sıxsa, yuxu görənin cansıxıcı olacağı yeni bir iş tapacağına işarə edir. Əgər çəkmə köhnə və cırılıbsa, həmin şəxs işdən çıxarılacaq. Əgər subay kişi qapısının qarşısında bir cüt qadın çəkməsi görsə, bu onun tezliklə evlənəcəyinə işarədir. Gənc qız yuxusunda kişi çəkmələri görsə, eyni şəkildə yozulur. Subay qızlar və oğlanlar üçün sarı çəkmə görmək, xeyirli qismət deməkdir. Bəzən çəkmə almaq və mağazadan çəkmə aldığını görsə və aldığı sapoxun sarı rəngdə olduğunu görsə, həmin şəxsin yüngül xəstəlik keçirəcəyinə dəlalət edir. Yuxuda çoxlu sayda çəkmə görsəniz və ya geyinsəniz, evinizə qonaq gələcəyinə yozulur. Yuxuda uzun çəkmə geyinmək zənginliyə işarədir. Xalq arasında hörmətli insan olacağını ifadə edir.
Yuxuda qırmızı çəkmə görmək səyahətə işarədir. Ayağınıza çəkmə geyindiyinizi görmək işgüzar səfər üçün qısa bir səfərə gedəcəyinizə yozulur. Qara çəkmə görmək xeyrə, sarı və ya qəhvəyi çəkmə görmək isə kədərə işarədir. Çəkmə aldığını və ya mağazadan çəkmə aldığını görmək yeni iş təklifi alacağına işarədir. Kiməsə çəkmə hədiyyə etdiyinizi və ya onun üçün çəkmə aldığınızı görmək, kiminləsə iş sövdələşməsini edəcəyinizə işarədir. Yuxuda çəkmə hədiyyə etmək məhsuldar və qazanclı iş deməkdir. Başqa bir rəvayətə görə: Yuxuda çəkmə geymək, xanıma və ya inəyə işarədir. Bu yuxu həmçinin səfərə və ya rütbəyə, ya da uzaqdan kimsənin qayıtmasına işarədir.