NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda çənə görmək evin başçısına, yerli başçıya işarə edir. Üzün bütövlüyünə uyğun olan gözəl çənə dəstəmazla çıxan nuruna və sözlərin gözəlliyinə dəlalət edir. Uzun çənə görmək cəfəngiyat, lazımsız və uzun danışma deməkdir. İşiniz daha da yaxşılaşacaq. İş həyatında getdikcə yüksələcək və bir çox uğurlara imza atacaqsınız. Yuxuda görülən çənə qəbilə başçısına və nəsli çox adama işarə edir. Kim çənəsinin uzandığını görsə, qışqırar, faydasız və gərəksiz sözlər söyləyər, gücdən sonra zəifliyə düçar olar. Çənə, insanın görünən mallardan bəzəndiyi şeyə və ya özünə qüvvə və köməyi olan, vəziyyətinə uyğun olan valideylərə işarədir. Bəzən çənə tam və gözəl dəstəmaz almağa işarədir.