NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Çörəkotu (Qara Toxum) görmək, sağlamlıq və rifah, ev üçün bolluq deməkdir. Bəzi təfsirçilərə görə yuxuda çörəkotu qəm və sıxıntıya işarədir. Kim yuxusunda çörəkotu (qara zirə) yediyini görsə, malının bir qismi əlindən çıxar. Kimdənsə çörəkotu (qara toxum) götürmək və ya vermək, onunla kimsə arasında düşmənçilik olacağına dəlalət edir. Bəzi təfsirçilərə görə: qara zirə görmək, şayiəyə görə pozulmuş işi düzəltmək, bir işin yerinə yetirilməsi üçün verilən hədiyyə və ya pul deməkdir. Bəziləri deyir ki, qara zirə (çörəkotu) görmək yaxşı deyil. Başqa bir rəvayətə görə: Qara zirə (çörəkotu) görmək yuxu görənin sağlam və əhval-ruhiyyəli olmasına dəlalət edir.