NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda dam görmək, bütün problemlərinizi həll edə biləcəyiniz xeyirli bir yuxudur və görünmə tərzinə görə fərqli mənalara malikdir. Yuxuda damın damlaması fərqli yozulur. Bəzən tavanı təmir etməyi və damı təmir etməyi görürük. Bütün problemlərinizi məntiqlə həll edə biləcəyiniz bir yuxu olan dam görmək yuxusu, rahat olacağına və insanın narahat olduğu sirlər, gizlinlər kimi şeylərin üzə çıxmayacağına işarə edir. Dam görmək, hər şeyə qadir, ləyaqətli bir insan deməkdir. Yuxuda evin damından üzərinizə torpağın düşdüyünü görmək, qorxudan sonra mülk sahibi olacağınıza işarədir. Taxta bir dam görmək qürurlu bir insanla əlaqələndirilir. Yuxuda görülən dam yüksək insandır. Dam ağacdandırsa, o, qürurlu insandır. Yuxuda dam örtüyü görmək, nüfuz sahibi olan insan deməkdir. Bəzən taxta dam görmək yüksək vəzifədə olan bir insana işarə edir. Yuxuda evin damının üzərinizə uçmaq üzrə olduğunu görmək, hörmətli bir insana görə qorxacağınıza işarədir. Yuxuda dam dirəklərinin yıxıldığını görmək münafiqin ölümünə işarə edir.
Yuxuda damı tutan əsas dirək münafiq və məqam sahibinə işarədir. Bu dirəyin yıxılması, həmin şəxsin işdən çıxarılmasına işarədir. Yuxuda damda kirəmit və s. fam örtüyünün yıxıldığını və ya yerindən itdiyini görmək, yoxsulluğa düçar olmağa işarədir. Yuxuda gözəl və bəzəkli bir dam görməyi insanın rütbəsinə və nüfuzuna yozurlar. Yuxuda damdan tökülən torpağın paltarınızın üstünə bulaşdığını görmək, çətinlikdən sonra sərvət və maddi imkanlar qazanacağınıza işarədir. Yuxuda dam boşluqlarından səmanı görmək, bəzi əşyaların bir qohum tərəfindən oğurlanacağına işarədir. Dama qalxıb oradan enmədiyini görmək sıxıntı əlamətidir. Yuxuda damdan nəyinsə üstünə düşdüyünü görmək qorxu və kədərə işarədir. Yuxuda dam, şəxsiyyətli, səlahiyyətli və sərvəti olan bir şəxs olaraq yozulur. Bəzən sadiq anlayışlı həyat yoldaşı, yüksək elmə işarə edir. Bir şəxs dam örtüyünü düzəltdirdiyini görsə, bu, yuxu görənin malını yaxşı qoruyan arvadı olduğuna işarədir.
Əgər yuxuda bir evin damında yeridiyinizi görmüsünüzsə, bu, çox yüksələcəyinizə və bütün işlərinizdə uğur qazanacağınıza işarədir. Yuxusunda dama çıxan hər kəs istədiyinə nail olar. Müsbət dəyişiklik deməkdir. Yuxuda dam görməyin yozması qadına yozulur. Yuxuda damsız düz damda getdiyinizi görmək subaydırsa evliliyə, evlidirsə başqa bir qadınla tanış olacağına işarədir. Damdan aşağı düşdüyünü (yıxıldığını) görmək, həyat yoldaşını və ya ailəsini tərk edəcəyinizə işarədir. Damdan nərdivanla aşağı endiyinizi görmək, qadına görə sözə düşəcəyinizə işarədir. Yuxuda nərdivanla damın üstünə çıxdığını görmək evdən kiminsə xalqın dilinə düşəcəyinə yozulur. Yuxuda damın üstündə qaçdığını görmək dövlət böyüyü tərəfindən cəzalandırılacağına işarədir. Yuxuda yayda dama çıxmaq rahatlığa, kədər, qəm-qüssə, sıxıntı və xəstəliklərin keçəcəyinə, sirlərin üzə çıxacağına işarə edir.
Yuxuda damda hər hansı bir işlə məşğul olduğunuzu görmək gecə evinizə gözlənilməz bir qonağın gələcəyinə yozulur. Damdan yıxıldığını görmək böyük sürprizlə qarşılaşacağınıza işarədir. Bəzi təfsirçilərə görə: Naməlum dam həyat yoldaşını, məlum dam isə şərəf və ləyaqəti bildirir. Cabirül Məğribiyə görə; dama çıxdığını görən, şərəfli vəzifəyə gətirilər. Damda ot bitdiyini görmək yaxşı deyil. Damda bəzi adamları görmək də yaxşı deyil. Yağış yağmasa da, damdan su axması qəm və sıxıntıya işarədir. Əbdülqəni Nəblüsiyə görə: Yuxuda dam görmək,gözəl qəlbli bir qadına, bir rəvayətə görə isə belə kişiyə işarədir. Damda qaçdığını görən şəxs dövlət başçısı və ya onun müavini ilə münasibət qurar və onlardan pislik görər. Yayda damda oturduğunu görən rahatlığa və bərəkətə çatar. Bir inanca görə, malı və sirrləri xalq arasında meydana çıxar. Başqa bir rəvayətə görə: Yuxuda görülən dam böyük gücə və əzəmətə malik bir qadındır. Damda sürətlə qaçdığını, sürətlə yeridiyini görənin başına dövlətin böyüyü tərəfindən bəla gələr.