NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda dəstəmaz otağı görmək, xəzinə tapmağa, mala və mülkə qovuşmaq ilə təfsir edilir. Bir şəxs yuxusunda dəstəmaz otağını təmizlədiyini görsə, o insanın bəzi bəlalara düçar olacağına işarə edir. Yuxusuda Dəstəmaz otağına su tökdüyünü və daşları təmizlədiyini görən şəxs, xəstədirsə, şəfa tapıb sağalacağına yozulur. Yuxusunda dəstəmaz otağının qapısının bağlı olduğunu görən biri kiminsə evinizi tərk edəcəyi ilə yozulur. Bir insan yuxuda dəstəmaz otağının daşdığını və bu daşan murdarlıqla bəzi əşyalarının itdiyini görsə; Əgər həmin şəxs səfərə gedəcəksə, getməməsi gərəkdiyi ilə yozulur, çünki belə bir yuxu görən insanın səfərdə olarkən yolu kəsilməsi mümkündür. Bekar (Subay )adamın yuxusunda dəstəmaz otağı görməsi o adamın evlənəcəyinə işarədir. Kim yuxusunda kiçik dəstəmaz aldığını görsə, qəm və kədərdən qurtulacağına, Zəkat verəcək qədər sərvəti varsa, zəkat verəcəyinə dəlalət edir.
Molla Cami: Yuxuda dəstəmaz otağı evlə bərabər xəzinəyə də işarə edir. Buna görə də yuxuda dəstəmaz otağı süpürdüyünü görən insan kasıb olar. Dəstəmaz otağının daşıb axdığını, bəzi əşya və parçalarının israf olduğunu görsə, qəm, kədər və sıxıntıya düşər. Nablusi: Yuxuda görülən dəstəmaz otağı, xəzinəyə və malların qoyulduğu evə işarə edir. Buna görə də yuxuda dəstəmaz otağı süpürdüyünü görən insan kasıb olar. Dəstəmaz otağının daşıb axdığını və bəzi əşya və parçalarının israf olduğunu görsə, qəm, kədər və sıxıntıya dəlalət edər. Ayaq yoluna düşüyünü və oradan çıxmadığını görən şəxs, həbs edilər. Dəstəmaz otağı da arvad nişanəsidir. Çünki ər dəstəmaz otağında tək olduğu kimi xanımı ilə də tək qalır. Dəstəmaz otağı həm də evi süpürən qulluqçuya yozulur.