NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
Evin iç divarlarını ağartmaq qəlbin saflığı, ailə hüzuruna, şərəf və ucalığa yozulur. Fasad divarının ağardılması üz güldürəcək uğura işarə edir. Bütün çöl divarların ağardılması şöhrət və yaxşılıqla xatırlanmaq deməkdir. Bir yeri Ağartmaq görmək problemlərin öhdəsindən gəlmək və rahat həyat deməkdir. Yuxuda ağardıcı adam görmək, evi satmaq deməkdir. Ağartma görmək parlaq günlərə yozulur. Yuxuda evinizi ağarddığınızı və ya təmir etdirdiyinizi görmək sıxıntılardan qurtulmanıza işarə edir. Yuxu görən dövlət qulluqçusudursa, daha yüksək vəzifəyə keçəcək, tacir olsa qazancı artar, Əgər xalqdan biridirsə hökumətdən yaxşı idarəçilik alacağına işarədir. Otağında rəngarəng ağartmaq görmək sevindirici bir xəbər alacağına, Ağartma zamanı əhənglərin otağın hər tərəfinə yayıldığını görmək, gözlənilməz yerdən gözəl xəbər alacağınıza işarədir.
Başqa bir rəvayətə görə: Yuxuda evin ağardılması yuxu görənin imanının möhkəm olduğuna və işlərinin yaxşı getdiyinə dəlalət edir. Yuxuda evinizin ağardıldığını görmək yeni paltarlar alacağınıza, ağartma işlərini özünüzün etdiyinizi görmək, işlərinizin yaxşı gedəcəyinə və həyatda möhkəm addımlar atacağınıza işarədir. Bir yuxuda parlaq ağartma yaxşı və parlaq günlərə işarə edir. Yuxuda öz evinizi ağartdığınızı və ya ağartdırdığınızı görmək bəladan qurtulacağınıza işarədir. Otağında rəngarəng ağartma etdirdiyini görən hər kəs şad xəbər alar.