NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Əkil (Çələng) Görmək sevinc və kədərə, daşürəkliliyə və yad adətləri mənimsəməyə dəlalət edir. Şirin söz, təriflərin eşidiləcəyi deməkdir. Bu, insanın yaşadığı mühitlə uyğunlaşacağına işarədir. Ancaq çələng təzə və canlı çiçəklərdən hazırlanmış olmalıdır. Yuxuda çələng görmək bayrama yozulur. Yuxuda bir abidəyə çələng qoyduğunuzu görmək, bir işə görə tərif alacağınıza, tələbə olsanız diplomunuz olacağına, xəstəsinizsə əməliyyat olunacağınıza və sağlamlığınıza qovuşacağınıza işarə edir. Evinizin qarşısına çələng qoyulduğunu görmək bolluq və bərəkətdən xəbər verir. Toy və ya mərasimə çələng göndərdiyini görmək böyük dövlət xadimindən şad xəbər alacağına işarədir.