NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Molla Cami: Yuxuda Əsr surəsi oxuduğunuzu görmək; müjdə, qazanc və mənfəətə yozulur. Yuxuda Əsr surəsi görmək Düşmən üzərində qələbə çalmağa, səbirli olmağa və haqq olanı nəsihət etməyə işarədir. Cəfəri Sadiqin təfsirinə görə: Bir şəxs yuxusunda Əsr surəsini oxusa və ya oxuyandan onu dinlədiyini görsə; o insanın səbirli olacağına, işlərini yerinə yetirməkdə çətinlik çəkəcəyinə, lakin sonda asanlaşacağına, əgər ticarətlə məşğul olursa malının artacağına, ruzisinin bol və bərəkətli olacağına işarə edir. Kirmani deyir Yuxuda Əsr surəsi görən zərər çəkər, işləri çətin olar amma sonradan asanlaşar. Cəfəri Sadiq deyir Yuxuda Əsr surəsini görən ticarətdə çox qazanar.