NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Gözləmə ilə bağlı yuxular görünmə tərzinə görə fərqli yozulur. Buna görə də, yuxuda pis bir şey gözləmək, kədərə, yaxşı bir şey gözləmək, arzunun həyata keçməsinə yozulur. Həmçinin yuxuda kimisə (bir insanı) gözləmək xəbər kimi yozulur. Nəticə etibarı ilə insanın gözlədiyini və ya istədiyini alacağı deməkdir. Gözləmək elm əhli üçün elmə və işlərin kamil olacağına dəlalət edir. İmam Nəblusi buyurur: Elm adamları üçün elmə, bəzən də dindəki fəsadlara işarə edir. Nəticə etibarı ilə xoş xəbər gözləmək xeyrə, bəd xəbər gözləmək şərə yozulur. Bir işi gözlədiyini görənlərin ömrü uzun olar.
Yuxusunda sıraya (növbəyə) düzülmüş insanlar arasında növbə gözlədiyini görən insan üçün bu yuxu, çəkəcəyi zəhmətdən sonra istəyinə çatacağına işarə edir. Yuxu görənin çətinliklərlə üz-üzə qalaraq bir an belə mübariz təbiətindən əl çəkməməsini ifadə edir. Çətinliklər qarşısında maneələri dəf edərək yüksək vəzifələrə çatacaq qədər uğur qazanacağı da təfsir edilir.
Gözlənilən insan şad xəbərə yozulur. Yolda hər hansı bir nəqliyyat vasitəsini gözləmək ümidsizlik və çaşqınlıq kimi yozulur. Bir hadisəni gözləmək axmaqlıq və ya qəflət kimi yozulur.
Özünüzün kiminsə gözlədiyinizi görmək elmdə irəliləməyə və ya dini inancınızın azalacağına işarədir. Gözləyəndə canı sıxılan və həyəcanlanan hər kəs sevinc yaşayacaq. Gözləyən və səbr edən gözlədiyindən də xoşbəxt olar.