NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda nənə görmək yaxşılıq və bolluğa, sevinc və xoşbəxtliyə işarədir. Yuxuda nənəsini görən şəxs sevinc və xoşbəxtlik yaşayar. İnsan yuxuda nənəsini xoşbəxt görsə, kasıb olsa pullanar, varlı olsa sərvəti bol olar, xoşbəxtliyi artar. Yuxuda nənənizi görmək sevinc və xoşbəxtlik deməkdir.
Nənə tərəfindən öpülmək şad xəbər almaq deməkdir. Kim nənəsinin əlini öpdüyünü görsə, ailənin mötəbərlərini sevindirəcək iş görər. Yuxuda nənənizi görmək yaxşılıq və bolluğa, bəlalardan və borclardan qurtulmağa, uzun ömür sürməyə işarədir. Yuxuda nənənizi xoşbəxt görmək şad xəbər, iman gözəlliyi, sevinc və sağlamlıq deməkdir. Nənə yuxusu ümümiyyətlə xeyirli bir yuxudur.