NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Piroq (Börək) Görmək qismətdir. Çoxlu yağlı, çoxlu məhlullu Piroq (börək) görmək nemət və xeyirə işarədir. Yuxuda piroq müxtəlif insanlardan və yerlərdən xeyir, mənfəət və fayda əldə etmək deməkdir. Yuxuda yumşaq Piroq (Börək) asanlıqla və zəhmət çəkmədən əldə edilə bilən pul, mal və ruzi əlamətidir. Quru və bərk piroq (börək) isə çətinliklə əldə edilə ruziyə işarədir. Yuxuda görülən piroq (börək) halal qazanılan və ya qazanılacaq mallara işarə edir. Həm də yuxu sahibinin ailə üzvlərini xatırladır. Bəzən faydaya və ya şəfa tapmağa yozulur. Bəzən bu, yaxşı xəbərə və ya subay bir insanın evlənərək yeni bir ailə qurmasına işarə edir. Bundan əlavə, yuxuda piroq görmək həm də bayramı sağlamlıq və rifahla qarşılamağa və qeyd etməyə işarədir.
Kiməsə piroq təklif etdiyinizi görmək onun həmin şəxs üçün xeyirli və faydalı olacağına işarədir. Piroq (Börək) paylamaq insanların fayda görəcəyi bir iş görməyə işarədir. Bir rəvayətə görə, piroq elm və İslam deməkdir. Bu səbəbdən piroq (börək) yuxusu xeyirlidir. Nablusiyə görə; Piroq görmək nemət kimi yozulur. Yuxuda piroq hazırladığınızı görmək qazanc üçün çalışdığınıza, o piroqdan yediyinizi görmək isə qazanaraq yeyəcəyinizə işarədir. Nimçədəki piroqu (börəyi) kəsib boşqablara qoyduğunuzu görmək qazancınızı ailəniz və dostlarınızla bölüşəcəyinizə işarədir.
Piroq (Börək) yediyini görən müxtəlif yerlərdən faydalanar. Undan hazırlanmış hər şey, istər yumşaq, istərsə də bərk olsun xeyir, nemət, mənfəət, mal və bərəkətdir. Çünki çörək və buna bənzər şeylər insana güc verir, həyatının davam etməsinə səbəb olur. Rahat və geniş bir mühitdə piroq (börək) görmək firavanlıq və xoşbəxtliyə və ya evliliyə işarə edir. Dar otaqda piroq (börək) görmək harama işarədir. Bundan əlavə, xörək xeyirə, mənfəətə, ruziyə, qonaqların gəlməsinə işarədir. Bir sözlə, yuxuda piroq görmək xeyirə, bərəkətə, mala, gücə, elmə və dinə yozulur. Həmçinin, börək (piroq) görmək şayiə eşidəcəksiniz deməkdir. Piroq (Börək) almaq yaxşı pul qazana biləcəyiniz bir işə girəcəksiniz deməkdir. Piroq (Börək) satmaq insanlara faydalı bir iş görməyə işarədir. Yuxuda Piroq (Börək) hazırlamaq yaxşı və qazanclı bir işə girməkdən xəbər verir.