NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
Yuxuda Toxumaq Görmək İxtilafı olan kəslə razılaşmağa, bütün yaranan hissələri yerli yerinə qoyaraq faydalı hala gətirməyə, parça, kumaş və s. toxumaq bəzən ömrün sayılı günlərinə, həbsdəki kəsin qurtulmasına, xarici təhlükələrdən qorunmağa, həyat yoldaşı ilə mehriban olmağa, toxuma tarağı gənc qız üçün əri, subay kişi üçün ləyaqətli, həyatın çətinliklərinə dözən qadına, toxumaçı divar ustasına, işi səbəbilə çox səyahət edən və həddindən artıq yorulan kəsə işarə edir.
Yuxuda bir təzgahda parça və ya kumaş və ya xalça toxuduğunuzu görmək, sizin və ya bir yaxınınızın uzaq bir səyahətə çıxacağına işarədir. Əgər təzgahın başında sizdən başqa bir və ya bir neçə nəfər də varsa, o zaman uzaq bir yerdən çox sevdiyiniz bir şəxsin gələcəyinə işarə edir. Bir başqa rəvayətə görə isə: Yuxuda toxumaq, ömrün qısalmasına və ya ömrün günlərinin çoxunun keçməsinə işarədir. Bəzən toxumaq, orta hallı olmağa və həyat tərzinin genişliyinə işarə edir. Paltar toxuduğunu görən kəs uzaq bir yerə səyahət edər. Parça toxumaq üçün yer hazırladığını görən şəxsin səyahətə hazırlaşması işarədir. Bir kəs parça toxuduğunu və sonra o parçanı kəsdiyini görsə, arzusunu əldə edər.
Yuxusunda bir şeylər toxuyan kəsin imkânlarından hər kəs faydalanacaq, ətrafına böyük xeyri dəyəcək deməkdir. Yuxuda görülen toxuma tarağı, “taraq” görməyin işarət etdiyi şeylərə işarədir. Toxuma tarağı, subay qız üçün əri, subay kişi üçün isə çətinliklərə və əzablara dözən ləyaqətli bir qadına işarə edir.