NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Xırda Pul görmək, yuxunun necə göründüyünə görə fərqli mənalar verə bilər. Budur, yuxunuzda gördüyünüz xırda pul təfsirini oxuyun! Xırda pul görmək şansa, zənginliyə, ruziyə və pul ylğmağa yozulur. Xırda pul dolanışıq, rahatlıq, elm və yaxşı sözlərə yozulur. Yuxusunda xırda pul görən adamın maddi vəziyyətindən asılı olmayaraq gəlirinin artacağını ifadə edir. Bu o deməkdir ki, edəcəyiniz ticarətdən qazanc əldə edəcəksiniz. Yuxu görən insanı sevindirəcək xəbərlər deməkdir. Xırda pul görmək ruziyə, bəladan sonra rahatlığa və ya mükafatları çoxlu olan işlərə işarə edir. Bundan əlavə, xırda pul vermək zülmdən qurtulmağa işarədir.
Bu yuxu subay insanlar üçün ömür boyu xoşbəxt olacaq biri ilə tanış olub evlənmək deməkdir. Bu yuxu evli insanlar üçün xoşbəxt həyatdan xəbər verir. Yuxusunda xırda pul paylayan şəxs ruzisini təzələyər və çoxlu pul qazanar. İşsiz kasıb birinin yuxuda xırda pul görməsi, xeyrə yozulmaqla bərabər mal, qazanc və mülk əldə edəcəyinə işarə edir.
Bu yuxu zəhmət və əziyyət çəkmədən əldə olunacaq sərvət, mal və qazanclara işarə edir. Yuxuda xırda pul almaq, ticarətinizdə qazanc və xeyir əldə edəcəyinizə işarədir. Başqa bir ifadəyə görə, xırda pul almaq ətrafdakılarla qarşı yaxşı rəftar sayılır. Bu yuxu gözəl əxlaqa, əldə ediləcək bərəkətli pula və xoş sözlərə işarə edir. Bəzən xırda pul görmək xırda çətinliklərin bitəcəyinə, yuxu görən insanın maddi problemlərdən qurtulacağına işarədir. Bundan əlavə, yuxu görənin ailə həyatında xoşbəxt və dinc günlərin olacağı hadisələrin yaşanacağına işarə edir.
Xırda pul saymaq yaxşı sözə, mal-mülkə, qazanca və zənginliyə işarə edir. Başqa bir şərhə görə, xırda pul sayan yuxu görənin pul yığıb varlanacağına işarə edir.
Bu yuxu izzət və qüvvət, fəzilət və yaxşılıq sahibi olan şəxsə işarə edir. Yenə xırda pul tapmaq pul yığmağa, mal, məhsuldar qazanc və pula əldə etməyə işarədir. Xırda pul tapdığınızı görmək, bu, həyatınızın qaydasına düşəcəyinə və maddi sıxıntılardan qurtulacağınıza işarə edir.
Xırda pul atmaq görmək qəm və kədərdən qurtulmağa, xəstə üçün şəfa tapmağa dəlalət edir.
Mis, nikel və digər metallardan hazırlanmış pul görmək düşmənçilik və qeybətə işarədir. İbn Sirinə görə; Mis və digər xırda pul görmək düşmənçilik, çəkişmə, döyüş, qeybət və bu kimi şeylərə dəlalət edir. Yuxusunda belə bir pul tapdığını və ya ona verildiyini görən şəxs bu şəkildə dava və mübahisə ilə qarşılaşar. Yanında çoxlu pul olduğunu görən qəm və sıxıntı çəkər. Evinizdən belə pulu götürüb küçəyə atdığınızı və ya kiməsə verdiyinizi görmək bəladan, qəmdən qurtulmağa işarədir. Cabirul Məğribiyə görə; Yuxuda misdən və digər metallardan zərb edilən pul görmək iflas, yoxsulluq və təhqirə işarədir. Başqa rəvayətə görə, qabda belə xırda pul görünsə, bu, mal-mülk əldə ediləcəyinə işarədir. Uğursuz olacaq iş müqavilələriniz olacaq. Eşq həyatınızda sizi böyük problemlərin gözlədiyinin xəbərçisidir.