NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
Yuxuda yuyucu maddə (vasitə) görmək, mal və mülk əldə edəcəyinizə işarədir. Yuxuda bir şeyi yuyucu vasitə ilə yuyub, kirdən və pasdan yuyucu vasitə ilə təmizlik etmək – xəstəlikdən şəfaya yozulur. Bu yuxu günahdan tövbə etməyə, qəm və kədərdən qurtuluşa, borcdan xilas olmağa işarədir. Yuxuda hər hansı yuyucu vasitə görmək, yuxu görənin bir əmirə və ya hakimə təqdim edəcəyi bir işə işarə edir. Yuyucu vasitə kirdən təmizlədiyi üçün yuxuda yuyucu vasitə qəm və qəm-qüssənin yox olmasına işarədir.
Yuxuda yuyucu vasitə görmək mala və dinə işarədir. Yuxuda yuyucu vasitə yemək, sıxıntı ilə sərvət qazanacağınıza, kədər yaşayacağınıza işarədir. Ümumiyyətlə, yuxuda yuyucu maddə, mala qəm və kədərin getməsinə, qəmli adama təsəlli verənə və ya hakimə, yüksək vəzifəli şəxsə təqdim olunacaq bir hadisəyə işarə edir. Paltarı yuyucu vasitə ilə yumaq xəstənin sağalmasına, günahkarın tövbəsinə, qəm-qüssədən qurtulmağa, borcun ödənilməsinə dəlalət edir. Xəstə yuxuda yuyucu vasitə ilə paltar yuyub təmizlədiyini görsə, bu, xəstənin şəfa tapacağına və sağalacağına işarə edir. Əgər günahkardırsa, günahlarından tövbə edəcəyinə, qəmli insandırsa, qəm-qüssədən qurtulacağına, borclu olsa, borcunu ödəmək imkanı olacağına yozulur. Yuxuda təmiz yuyucu köpüyü görmək qeyri-ciddi insana və ya tutarsız hiss və düşüncələrə işarədir. Çirkli yuyucu köpüyü görmək, malın zəkatına, insanın günahlarını sildirəcək tövbə və yaxşılığa dəlalət edir.