NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
Yuxuda zibilçi (zibil yığan) görmək kasıblar üçün xeyirxahlığa, varlılar üçün isə dağınıqlığa işarə edir. Zibilçi bəzən insanların günahdan pak olmasına və ya edəcəyi tövbəyə səbəb olan şəxsə işarə edir. Yuxuda zibil yığan evin xanımının hamilə qalmasına, yeni kapitala və zənginliyə işarə edir. Zibil yığan (zibilçi) görmək kasıblar üçün xeyir və bərəkət, zənginlər üçün üzüntü və kədərə işarədir. Yuxuda görülən zibilçi insanları günahlardan tövbə etməyə çağıran övliyaya və bu çağırışa cavab verməklə günahlardan tövbə etməyə işarə edir. İmam Nəblusiyə görə, zibilçi görmək yoxsullar üçün xeyirdir. Çünki zibil çox şeydən yığılır və onların artıqlığıdır. Zənginlər üçün bu yuxu yaxşı deyil.
Yuxuda zibil yığan olmaq bir gənc üçün işində yüksələcəyinə, orta yaşlı kişi üçün işlərin bir müddət pis gedəcəyinə işarə edir. Subay bir qadın üçün yuxuda zibil yığan olmaq, zəngin amma yaxşı olmayan bir insanla evlənə biləcəyinə, evli qadın üçün isə problemli bir dövrə girəcəyinə işarə edir. Yuxusunda zibilçi (zibil yığan) görən adam heç gözləmədiyi anda dərdindən qurtular. Zibilçi olduğunu görən və yuxusunda evlərdən, küçələrdən zibil yığan şəxs böyük bir məqama çatar və ya övladlarından xeyir görər. Zibillikdəki zibilləri seçdiyinizi və onu kisəyə doldurduğunuzu görmək, peşənizdə daha bilikli bir insan olmaq üçün peşə kursuna davam etmənizə işarədir. Yuxusunda zibil maşını sürdüyünü görən peşə kursunda müəllim və ya işində nəzarətçi, müdir, usta olacaq. Zibillərin arasında dəyərli bir şey axtardığınızı görmək, rəhbərlərinizin səndən və ya işindən razı qaldığını göstərir.