28 May Müstəqillik Günü Təbrikləri – Sözləri

28 May Müstəqillik Günü Təbrikləri – Sözləri – Şəkilləri – Videoları

28 May Müstəqillik Gününüz Mübarək Təbrikləri

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası
İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan
etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr
ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis
olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm
tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin
subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması
istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin
qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi,
iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit
edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına
əhəmiyyətli təsir göstərmişdir.

28 May Müstəqillik Günü Təbrikləri - Sözləri - Şəkilləri
  • 28 May Respublika Günümüz Mübarək. Bir Kədə Yüksələn Bayraq, Bir Daha Enməz. Məhəmməd Əmin Rəsulzadə
  • 28 May Respublika Günü Münasibətilə Sizin hər birinizə cansağlığı, səadət dolu günlər, işlərinizdə uğurlar arzulayırıq!
  • 28 May Müstəqillik Günümüz Mübarək. Yaşasın Azərbaycan!
  • Sən Bizimsən bizimsən durduqca bədəndə can. Yaşa yaşa çox yaşa ey şanlı Azərbaycan!
  • 28 May Müstəqillik Günümüz Mübarək. Azərbaycan Xalqı
  • Üç rəngli bayrağımız həmişə dalğalansın. 28 May Respublika Gününüz Mübarək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir