NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda körpə uşaq görmək xəbərdir, gözəl körpə uşaq isə xoş xəbərdir. Körpə uşaq yuxusu xəbərə, sevincə, mirasa, işə və şəfaya yozulur. Yuxusunda körpə görən xəstəlikdən, kədərdən qurtular. Çirkin, cılız, arıq körpə pis xəbərlərə və dedi-qodulara işarədir. Üst-başı kirli bir körpə qısa müddət ərzində pul gələcəyinə işarədir. Molla Camiyə görə: Yuxuda körpə oğlan uşağı xoş xəbərə dəlalət edir. Yuxuda körpə qız uşağı bolluğa, şərəfə, çətinlikdən sonrakı asanlığa, sevincli bir işlə qarşılaşacağına yozulur.
Ağlayan körpə sevilən birinin şirin sözləriə yozulur. Körpə xəbərdir. Əgər körpə gözəldirsə, bu yaxşı xəbərdir.
Xeyrə yozulur. Yuxuda çox gözəl və gözəl geyinmiş yeni doğulmuş körpə uşaq, sağlam və şən görünsə, bəlaların tez keçəcəyinə, bəlanın əhəmiyyətsiz olduğuna işarə edir. Evlərin sevinc mənbəyi olduğu üçün yuxuda körpə uşaq sevincə, xoşbəxtliyə, körpəni sevib sığallamaq isə şad xəbərlərə işarə edir. Çətin bir dövr yaşayacağınıza və çətin günlərin sonunda yaxşı günlərin gələcəyinə işarədir. Çünki körpə uşaq böyütmək çox çətin və zəhmətlidir. Xəstə qadın yuxuda uşaq dünyaya gətirdiyini görsə, xəstəlikdən sağalacağına işarə edir. Yerdəki qızı oradan götürüb qucağına almaq hər cür xeyrə çox yaxında rast gəlməyə kasıbdırsa varlanmağa, xəstə olsa şəfa tapmağa, darda olsa ondan qurtulmağa yozulur.
Tərk edilmiş körpə tapmaq və qucağa almaq qohumlar vasitəsilə gələcək mirasdan xəbər verir. Əgər işsiz birinin körpənin beşiyini yellədiyini görsə, bu, onun tezliklə işə düzələcəyinə və sevinəcəyinə işarədir.
Səyahətə işarə edir. Yuxuda uşaq arabasını içində uşaqla bərabər arabayı sürmək uzaqdan gələcək xəbərlərə, qohum-əqrəbaya yozulur. Günümüzün din alimlərinə görə yuxuda körpə xeyirə yozulur.
Gözəl bir yerə dəvət edilməyə, kuklayı hədiyyə etmək, sonradan peşman olacağı bir iş görəcəyinə şərh edilir.
Yuxuda yerə qoyulan balaca körpə qız uşağını yerden götürüb qucağına alıb yatızdırmaq yuxu görən zindanda, mühasirədə, bəlada olsa, hamısından qurtulacağına işarədir.
Yuxuda körpəni qucağına alıb oxşamaq mənfəətə, körpə qız uşağı görmək, kədərdən qurtulmağa işarə edir.
Yuxuda süd əmən körpə uşaq evdə bərəkət, bol ruzi, sərvət olacağına və varlanacağınıza işarə edir. Körpənin süd əmdiyini görmək var-dövlətə, evdə bolluğa, ruzi-bərəkətə işarədir.
Tezliklə məqsədinə çatacağına işarədir.
Yuxuda körpə uşaq yumaq, çimizdirmək böyük bir mirasa işarədir. Yuxuda körpənizi yuyub, çimizdirmək, yuyundurmaq görmək, günah və səhvlərdən qurtulmağa, hüzn və kədərin getməsinə yozulur.
Xəstə kişi və qadının körpə uşaq dünyaya gətiməsi (doğması) onların sağalmasına işarədir.
Çətin bir dövrün olacağına, lakin bu sıxıntılı günlərin sonunda yaxşı günlər gələcəyinə işarədir. Ağlayan körpə uşaq xəstəlik və xəyal qırıqlığının, xoşbəxt körpə uşaq xoşbəxtliyin xəbərçisidir. Əgər körpəni əmizdirirsinizsə, yaxın ətrafdan gələn pisliyə hazır olun. Yuxudakı körpə uşaq yaxşı xəbərlərə işarə edir. Çılpaq, təmiz körpə gözün işığıdır, böyük sevinc bəxş edir.
Müjdə alacağınızı bildirir. Bir adam yuxuda kiçik bir körpə oğlan uşağını kürəyində daşındığını görsə o insanın kədərlənəcəyinə və xəstələnəcəyinə işarə edir. Yenə kiminsə yuxusunda körpə qız uşağı görməsi o insanın bolluğa çatacağına, izzətinin artacağına və çətinlikdən sonra rahatlıq tapacağına yozulur.
Yuxuda hələ də əmizdirilən körpə qız uşağı görmək tərifə layiq olan və ondan xeyir ümid edilən yaxşı bir işə yozulur.
Bir şəxs yuxuda hardasa qalmış körpə qız uşağını götürdüyünü və ya özü ilə apardığını görsə və ya özünün körpə qız uşağı doğduğunu görsə bu yuxunu görən şəxs həbs olunarsa, yaxud haqqı pozulubsa və ya borclu olarsa, bütün bunlardan qurtulacağına və ya ona övlad müjdəsi veriləcəyinə və beləliklə problem və sıxıntısının keçəcəyinə yozulur. Sadalananlardan heç biri olmadığı təqdirdə üzüntü və qəm-qüssəyə məruz qalacağına yozulur.
Nəticədə yuxuda körpə uşaq görmək qismətinin açılmağına, şansa işarə edir. Yuxuda körpəni sevib sığallamaq gözlənilməz bir yerdən xəbər alacağınıza işarədir. Körpənin ağlaması və onu susdurmağa çalışmaq ticarətdən qazanc əldə etməyə çalışdığını göstərir. Körpəni bağda və ya məscidin həyətində atılmış vəziyyətdə tapmaq uzaq qohumundan gözlənilməz miras alacağına işarədir. Başqa bir rəvayətə görə Yuxuda körpə oğlan uşağı görmək xoş xəbərə işarədir. Yuxuda körpə qız uşağı görmək bolluğa, şərəfə, çətinlikdən sonra asanlığa işarə edir.
Yuxuda mavi gözlü körpə oğlan və qız uşağı görmək böyük bir müjdə və xoş xəbərdir. Mavi gözlü körpə oğlan uşağı, istədiyinizin şeyin tezliklə gerçəkləşəcəyinə yozulur. Yuxuda mavi gözlü körpə uşaq görmək xoşbəxtlikdir. Mavi gözlü körpə uşaq yaxşı xəbər, sevinc və xoşbəxtlik əlamətidir.
Böyük bir rahatlıq yaşayacağınıza işarədir və eyni zamanda sizi xoşbəxt edəcək bir hadisənin xəbərçisidir. Yuxusunda oğlunun körpəliyini görən arzuladığına çatar. Müjdə və sevinc deməkdir. İşdə uğura, gözlənilməz yerdən gələn xoşbəxt xəbərə işarə edir.
Yuxuda doğulacaq körpənizin cinsiyyətini öyrənmək yaşayacağınız sevincinizi ikiqat artıracaq. Eyni zamanda, belə bir yuxu tezliklə gələcək yaxşı xəbərlər deməkdir. Yuxusunda körpəsinin cinsiyyətini öyrənən insan gözlənilməz yerlərdən böyük faydalar əldə edər və xoşbəxt olar.
Həmçinin bax: Yuxuda Uşaq Arabası Görmək
Həmçinin bax: Yuxuda Körpə Uşaq Əmizdirmək Görmək