Yuxuda Uşaq Görmək

Yuxuda Uşaq Görmək Yozması Nədir?

Yuxuda Uşaq Görmək Yozması Nədir

Yuxuda çoxlu uşaq görmək zənginliyə və xoşbəxtliyə işarədir. Uşaq görmək dünyanın zinət və sevincinə, fitnə və sıxıntılarına işarə edir. Qadın qucağında uşaq görürsə, övladı yoxdursa, bu, ana olmağa işarədir. Valideynlərin öz övladını qucağında görməsi mehribanlıq və mərhəmətə yozulur. Başqasının övladını sevmək isə yetimləri qorumaq, yetimlərə qulluq etmək deməkdir. Qucağında daşınacaq qədər balaca uşaq görmək hüzn və qəm, həddi-büluğa çatmış uşağı görmək xoş xəbərə işarədir. Bəzən uşaq qüsur, günah və cinayət işləməyə yozulur. Məktəbə gedən bir uşağının olduğunu görmək, tövbə etməyə, kiçik bir uşaq olduğunu görmək ana tərəfdən miras qalmasına yozulur. Uşağı arxasına aldığını (kürəyinə mindirdiyini) görmək, kədər və qəm kimi yozulur.

Evli olmadığı halda övladının olduğunu görmək irəliləmək, sağlamlıq, əmin-amanlıq və şərəf kimi yozulur. Kiçik (balaca) uşaqlar sadə və kiçik kədərlər kimi şərh olunur. Məscid və ya küçə kimi bir yerdə qoyulmuş (buraxılmış) uşaq görmək düşmənin və ya mənfi dəyişikliklərin yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdacağına, üzüntü və kədərin aradan qalxacağına işarədir. Uşaq öldürdüyünü görmək çoxlu bilik əldə etməyə işarədir. Yuxuda birdən çox oğlan uşağı görmək var-dövlətə, xanıma və bir-birinin ardınca gələcək bir çox yaxşı şeylərə işarədir. Kiçik uşağın çiçəklənməsini və kişi olmasını görmək güc və qüdrətə yozulur. Oğlan uşağı müjdəyə, qız uşağı ruziyə və bərəkətə yozulur. Kəsilmiş uşaq göbəyi nikaha yozulur. Övladının itkisini görmək kədərdən sonra gələcək rahatlıq və sevincə işarədir.

Yuxuda Uşaq Görməyin Mənası Və Təfsiri

Yuxuda oğlan uşağı görmək xoş xəbərə, qız uşağı görmək sıxıntıların keçəcəyinə, süd əmən uşaq görmək sevinməyə, sevincə işarədir. Xəstə uşaq görmək o deməkdir ki, öz uşağınız çox sağlam olacaq; lakin bu, başqa problemlərlə üzləşəcəyiniz deməkdir. Oğlan yaxşı xəbər, qız isə əyləncəli xəbər və ya dedi-qodudur. Yuxuda uşaq görmək sevincə yozulur. Yuxuda oğlan uşağı görmək sevincə, xoşbəxtliyə, qız uşağı görmək, bəlalardan qurtulmağa, körpənin süd əmdiyini görmək yuxu görülən evə ruzi və bərəkət yağacağına işarə edir. Uşaqla oynadığınızı görmək şad xəbər alacağınıza, uşaq olduğunuzu görmək uzun ömür yaşayacağınıza işarə edir. Məktəbdə uşaqlarla bərabər oyun oynadığınızı və ya səfərə çıxdığınızı görmək ev xalqından xeyir görəcəyinizə işarədir. Küçədə buraxılmış körpə uşaq tapıb evə gətirdiyinizi görmək o evə bəxt və xoşbəxtlik gələcəyinə işarədir.

Uşaq evindən uşaq götürdüyünüzü görmək indiki vəzifənizdən daha yüksək pilləyə yüksələcəyinizə işarədir. Bir insan yuxuda kiçik bir körpə uşaq dünyaya gətirdiyini görsə, bu, insanın dünyada tərəqqi edəcəyinə, üzüntü və kədərə düçar olacağına işarə edir. Bəzi təfsirçilər demişlər ki, kiçik uşağı olan şəxs uşağın böyük biri olduğunu görsə, bu, həmin şəxsin güc və qüdrətinə dəlalət edər. Bu zənginlik və xoşbəxtlik əlamətidir. Xəstə uşaq görmək, o deməkdir ki, öz uşağınız sağlam olacaq. Ancaq bu, başqa problemlərin əlaməti ola bilər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir