Yuxuda Buğda Görmək

Təxmini Oxumaq Müddəti: 7 minutes

Yuxuda Buğda Görmək Nə Deməkdir?

yuxuda bugda gormek yozmasi nedir ne demekdir

Yuxuda buğda görmək çox xeyirli bir yuxudur və xeyirə yozulur. Buğda görmək çətinliklə əldə edilən şərəfli mala, qızıla və ya dövlətdən fayda görməyə işarədir. Yuxuda buğda yemək, Allahın (c.c) əmrlərinə tabe olmaq və əməlisaleh bir insan olmaq deməkdir. Bəzən buğda görmək xaricə getməyə, qazanc əldə etməyə, vəzifədə yüksəlməyə işarə edir. Kim görsə ki, əlinə buğda keçib, qızıl alar.

Yuxuda Buğda Görməyin Mənası və Təfsiri

Çox tanınmış bir insan olacağınıza işarədir. Yuxuda görülən buğda ibadətini axsatmayan saleh insana işarə edir. Həmçinin bəzi yuxular kimi vəziyyətə və yerə görə müxtəlif mənalar daşıyır. Bəzən müvəqqəti kədər kimi şərh olunur. Bəzən uşaqlı ailəni və ya hamilə qadını təsvir edir. Bəzən ilin məhsuldar olacağına işarə edir. Bəzi təfsirçilər buğdanı sünbülü ilə birlikdə qadına təfsir edirlər. Yuxuda sarı sünbüllü buğda görmək o adamın ailəsində xəstəlik olduğuna yozulur. Başqasının tarlasından buğda yığmaq, yuxu görənin qıtlığa qənaət dolanacağına işarə edir.

Yuxuda Buğda Satmaq

Yuxuda ucuz qiymətə buğda satdığını görmək yaxşılıq və rifaha, zühd və təqvaya (dünyaya çox etibar etməməyə və qulluqda ixlaslı olmağa) dəlalət edir. Buğdanı baha qiymətə satdığınızı görmək dində yanlış davranışa işarədir.

Yuxuda Buğda Almaq

Yuxuda buğda aldığını görmək bolluğa və ucuzluğa, çoxlu övlad sahibi olmağa və var-dövlətə işarə edir. Buğda almaq nəsil çoxluğuna və vərəkətə yozulur. Yuxuda buğda almaq – bolluq, bərəkət və zənginlikdir. Yuxuda ev üçün buğda almaq maddi çətinliklərə, alınan buğdanı yemək isə maddi qazanclara işarə edir. Evə buğda almaq dolanışıq problemlərinin aradan qaldırılmasıdır. Alınan buğdanı yemək isə pul qazanmağa işarədir. Yuxuda buğda verib yerinə arpa almaq, yuxu görənin ticarət və alış-verişdə aldadılacağına işarədir. Bir şəxs yuxuda buğda aldığını görsə, bu, yuxu görənin bolluq əldə edəcəyinə və övladları ilə məşğul olacağına işarə edir. Buğda əkdiyini görsə, yuxu görənin xeyirli işlər görəcəyinə yozulur. Bir şəxs yuxuda buğda satdığını görsə, yuxu görənin işindən qovulacağına işarədir. Buğda satandan buğda aldığını görsə, yuxu görənin dövlət dairəsində iş tapacağına işarədir.

Yuxuda Buğda Bazarı Görmək

Yuxuda buğdaya ehtiyacınız olduğu üçün buğda bazarına getdiyinizi və oradakı buğdaya toxunduğunuzu görməkvalilər və idarəçilər üçün uğura, başqaları üçün isə ruzi və mala işarədir. Buğda bazarını, satıcıları və buğda yığınlarını burada görmək, buğdaya ehtiyacı olanlar üçün çətinliyə, başqaları üçün isə dünyanın davamı üçün lazım olan səyə işarədir.

Yuxuda Buğda Yemək

Təzə buğda yediyini görən insan Allaha itaət edər, əmrlərini yerinə yetirər, qadağalarından çəkinər və faydalı işlər görər. Quru və qovrulmuş buğda yemək yaxşı deyil, kədər və qəm-qüssədən xəbər verir. Suda qaynadılmış bulqur buğdası yemək ruzi və bərəkətə işarədir. Buğda əkilən sahədən buğda əvəzinə acı və yeyilməyən bitkilərin çıxdığını görmək, şübhəli mala işarədir. Yaşıl buğda yemək ibadətə, qurusunu yemək bəndəlik bilincinə və ibadət həzzinə işarədir. Yuxuda yaş buğda yediyinizi görmək yuxu görənin dini yöndə doğru yolda olduğuna və ətrafında hörmətli bir insanın olduğuna işarədir. Yuxuda quru və bişmiş buğda yemək yuxu görənin xoşagəlməz bir şeylə qarşılaşacağına işarədir. Çünki quru buğda yemək xeyirə yozulmur.

Yuxuda Buğda Yığmaq

Bir yerə buğda yığdığınızı, lakin xarab olduğunu görmək, əldə ediləcək malın xeyrini görməməyə yozulur.

Yuxuda Buğda Sahibi Olmaq

Kim görsə ki, buğdası var, amma ehtiyacı olmadığı üçün ona toxunmur, ləyaqət və şərəf qazanar.

Yuxuda Buğda Qarışdırmaq

Dövlət və ya hökumət başçısının buğdanı qarışdırdığını görmək onun bazarda bahaçılıq olmasından xəbər verir. Xırmançının xırmanda buğda qarışdırması bolluqdan xəbər verir.

Yuxuda Buğda Sünbülü Görmək

Yuxuda dənələri yetişmiş yaşıl buğda sünbülü görmək bolluq olacaq illərə işarə edir. Buğda budaqlarında dənələri dolmamış qurumuş sünbüllər görmək ilin qıtlıq ili olacağına işarə edir. Bir yerə yığılmış buğda sünbülləri görmək haqsız qazanılan mal və dünya malına işarədir. Yuxuda yaşıl sünbül görmək həmin ilin ucuzluq və bolluq ili olacağına işarə edir.

Yuxuda Sünbül Yığmaq

Yuxuda buğda sünbülünü saxlamaq: buğdanı sünbüldə saxlamaq yaxın illərdə qıtlığa işarə edir. Sünbül toplamaq: Yuxuda tökülən sünbülləri toplamaq varlı adamdan lütf qazanmağa işarədir. Yaşıl sünbül toplamaq: Buğdanın hələ yaşıl ikən biçildiyini görmək kütləvi ölümlərə, qarışıqlıqlara və müharibələrə işarə edir. Yuxuda yaşıl sünbül biçmək cavanların ölümünə, Sarı sünbül biçmək qocaların ölümünə işarə edir.

Yuxuda Buğda Əkmək

Yuxuda Buğda əkmək Allah rızası üçün işlər görməyə, lazım gəldikdə Onun yolunda vuruşmağa işarədir. Bəzən buğda əkmək çətinliklə qazanılacaq gözəl ruziyə dəlalət edir. Buğda əkdiyiniz tarlada arpa bitdiyini görmək yuxu görənin göründüyündən daha saleh və xeyirxah bir insan olduğuna işarə edir. Sahədə əkilmiş buğda yerinə yulaf, çovdar və s. yetişdiyini görmək gözlənilməz bir vəziyyətin baş verməsinə işarə edir. Buğda əkdiyi yerdən qan bitdiyini görmək faiz yeməyə işarədir. Yuxuda buğda əkdiyini görən adamın arvadı hamilə olar. Əgər insan öz tarlasında buğda əkdiyini görsə, bu, həmin şəxsin övlad həsrətində olmasına işarədir. Əkdiyi buğdanın dərhal bitdiyini görsə, yuxu görənin övladı olacağına işarə sayılır. Buğdanı arpa ilə dəyişdiyini görmək, dəyərli bir şeyi dəyərsiz bir şeylə əvəz etməyə, şeir və mədhiyyəni Qurandan üstün tutmağa dəlalət edir.

Yataqda buğda bitdiyini görmək xanımının hamilə olmasına işarə edir. Yuxuda qarışqa bir yerdən buğda dənini çıxarsa, şərikinin və ya başqasının malını gizlicə mənimsəməyə işarədir. Qarışqaların çöldən içəriyə buğda daşıdığını görmək bərəkət və xeyrə işarədir. Buğdanın üsdünə tüpürdüyünü və ya dəstəmazını pozduğunu görmək nemətə nankorluğa işarədir.

Yuxuda Buğda Üyütmək Görmək

Yuxuda gördüyün buğda ruzidir. Yuxuda dəyirmanda buğdanın üyüdüldüyünü görmək yuxu sahibinin gözlədiyi qonağının gələcəyinə işarə edir.

Yuxuda Buğda Biçmək

Yuxuda fəsilsiz buğda biçilməsi, həmin yerdə epidemiya xəstəliyinin baş verəcəyinə yozulur.

Yuxuda Buğda Anbarı Görmək

Yuxuda buğda dolu bir anbar görməyiniz bərəkət və bolluğa qovuşacağınıza, əmin-amanlıq və hüzur içində yaşayacağınıza işarədir. Yuxuda boş buğda anbarı görmə ehtiyac içində olacağınıza və heç kimdən zərrə qədər kömək görməyəcəyinizə işarədir. Yanan buğda anbarı görmək həddindən artıq qəm və hüznə məruz qalacağınıza və bütün gücünü sərf etsəniz də içində olduğunuz qəm və kədərin yaratdığı bəlalardan qurtula bilməyəcəyinə yozulur.

Yuxuda Buğda Çörəyi Görmək

Yolunda getməyən bəzi işlər yoluna girəcək kimi yozulur.

Yuxuda buğda kəpəyi görmək

İmam Cəfər Sadiq (ə): Yuxuda kəpək görməyin üç təfsiri vardır:

  1. Ehtiyac,
  2. Qıtlıq, aclıq,
  3. Dolanışıqda çətinlik.

İbn Sirin: Kəpək ehtiyac əlamətidir. İnsanların kəpək və ya kəpək çörəyi yediyini görmək bölgənizdə aclıq və qıtlıq olacağına və insanların güzəranının pis olacağına işarə edir. Evinizdə kəpək olduğunu, ancaq onu çölə boşaltdığınızı və ya kiməsə verdiyinizi görmək o bölgədə darlıq və qıtlıq olacağına, ancaq bundan təsirlənməyəcəyinə dəlalət edir.

Yuxuda Buğda Satıcısı Görmək

Buğda satıcısı görmək, mal sahibi şərəfli və möhtərəm birinə işarə edir. Əgər buğda almağa ehtiyacı varsa, yuxu görən çətin vəziyyətə düşər. Əgər məmur yuxuda buğda satdığını görsə, işdən uzaqlaşdırılar və qardaşları arasında ayrılıq olar. Buğda satıcısından buğda aldığını görən şəxs dövlət başçısından iş istəyər. Kim yuxuda pul görmədən buğda satdığını görsə, dünyada zahidliyi və təqvanı seçər və Allahın ona verdiyi nemətlərə şükür edər.

Yuxuda Buğda Unu Görmək

Yuxuda görülən buğda unu ruzidir. Düyü unu nemətdir. Bəzən buğda unu şərəfli elm, səfər, mal, ticarət, qala, din və hidayət, xəstəliklərdən qurtulmağa işarədir. Buğdadan başqa un xəstəlikdən sağalmağa, onu yemək isə yoxsulluğa işarə edir. Buğda unu əmtəə və ailədir. Buğda unundan xəmir hazırlamaq yuxu görəni yaxınlarına qovuşduracaq bir səfərdir. Arpa unundan xəmir hazırladığını görən şəxsin mömin olduğuna və düşmənləri üzərində nəzarət və qələbə qazanacağına dəlalət edir.

Həmçinin Bax: Yuxuda Sünbül Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir