NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda sünbül görmək xeyrə yozulur. Əgər övladınız və ya nəvəniz yoxdursa, bu, yaxşı övlad və nəvə sahibi olacağınıza işarədir. Yuxuda sünbül bolluq, qismət, pul kimi yozulur. Yuxuda sahədə (tarlada) buğda və ya arpa sünbülü görmək xeyirli övlad sahibi olacağınıza işarədir. Sahədə sünbülləri bağlamaq (dəstələmək), bir və ya bir neçə övladınızın əskərlik və ya evlilik işləriylə məşğul olduğunuzu göstərir. Tarladan (sahədən) sünbül yığıb maşına yüklədiyinizi görmək, övladlarınızdan birinin əsgərlik, nikah və ya dövlət qulluğuna görə evdən çıxacağına işarədir. Yuxuda sünbül görmək uzun ömür və nəvə-nəticəyə işarədir. Yuxuda sünbül yığdığınızı görmək irs, miras dalınca getməyə işarədir.
yuxuda sünbül görmək
yuxuda sünbül