Yuxuda Qoz Görmək

Yuxuda Qoz Görmək Yozması Nədir?

Yuxuda Qoz Görmək Yozması

Yuxuda təzə, yaş qoz görmək halal mala, qabığı soyulmuş qoz saleh insanlara işarədir. İslam yuxu yozumlarını şərh edənlər qoz yeməyi halal mal və xoşbəxt ailə kimi yozmuşlar. Yaşıl qoz qardaşlara, qırılmış qoz uzun ömürə işarə edir. Böyük iri qoz görmək, başqanlara, çuvalda (kisədə) qoz görmək, halal ruzi əldə etməyə dəlalət edir. Yuxuda qoz yuxu sahibinin üzərinə xəzinənə edilmiş halal mal deməkdir. Qoz görmək zəngin insanları, liderləri və xoşbəxt ailəni, bədənin sağlamlığını və məhsuldar ticarəti ifadə edir. Yuxuda qoz görən insan qadındırsa, uzunömürlü olacağına işarədir. Çürük qoz görmək, kiminsə sizi aldadacağına işarə edir.

Yuxuda Qoz Ləpəsi Görmək

Qoz ləpəsi görmək, yuxu görən insanın halal mal əldə edəcəyinə, saleh insanlarla dost olacağına, qardaşları və ailəsi ilə xoşbəxt bir həyat sürəcəyinə işarədir. Qoz ləpəsi görmək, uzun ömür, şəfa, sağlam bədən, zəka, ələ keçiriləcək pul və nemətlərə, halal ruziyə işarə edir.

Yuxuda Qoz Görməyin Mənası və Təfsiri

Qoz görmək yığılmış mal və ya pula işarə edir. Qoz görmək çətinlik və məşəqqətlə əldə edilən mala və ya bu maldan əldə edilən faydaya işarə edir. Qoz görmək həm də yuxu görənin xeyir və mənfəət əldə edəcəyinə işarədir. Yuxu görən adamın qazancı bərəkətli olar. Qırılmış (Çatlamış) qoz görmək, zəhmət və əziyyət çəkmədən əldə edilən mala işarədir. Qoz əziyyət və zəhmətlə qazanılan malın meyvəsidir. Çünki qoz ancaq qırıldıqdam sonra yeyilir və ya sıxılaraq yağ çıxardılır. Kim görsə ki, bağda qoz yığır, bir qadın tərəfindən mal gələr. Əgər gördüyü qozun qabığı soyulubsa, ona kifayət qədər ruzi verilər.

Yuxuda Yaşıl Qoz Görmək

Yuxuda görülən yaşıl qoz bəzi təfsirçilər tərəfindən yüksək rütbəli insanlara işarə kimi şərh ediblər. Həmçinin yaşıl qoz görmək xeyirxah insanlara işarə edir. Bəzən yuxuda yaşıl qoz görmək xəyalpərəstin bacı-qardaşlarına uzun və sərfəli bir səfərə yozulur. Yaşıl Qoz Görmək, basdırılmış sərvətə işarə edir. Yuxuda yaşıl qoz ruzisini halal yolla qazanacaq insana işarə edir. Bəzən şücaətlə yozulur, bəzən də zəhmətlə qazanılmış mülkə işarə edir. Bəzən bolluq və ya zənginliyə işarə edir.

Yuxuda Qoz İçi (Ləpəsi) Görmək

Yuxuda qoz içi (ləpəsi) görmək – yığılmış kimi yozulur. Yenə də qoz ləpəsi saleh insana, rəis və qardaşlara, bədənin sağlamlığına, yuxu sahibinin qazanclı çıxacağına və xoşbəxt olacağı uzun bir səfərə işarə edir.

Yuxuda Yerdən, Ağacdan Qabıqlı, Təzə, Yaşıl Qabıqlı Qoz Yığmaq

Bir insan yuxuda yerdən və ya ağacdan qoz yığdığını görsə, imkanlı adamdan ona gələcək sərvətə işarədir. Yuxuda təzə və yaşıl qoz yığmaq böyük bir insandan gələcək xeyirə və ələ keçəcək nemətə işarədir. Yuxuda təzə və yaşıl qoz yığmaq ailə həyatınızın xoşbəxt olmasına işarədir. Yuxuda bağda yaşıl qoz yığmaq bir qadından pul gəlməsinə işarədir. Qoz yığdığınızı görmək yuxu görən üçün kifayət qədər ruzi və pula yozulur. Yuxuda bağda kisəyə (çuvala) qoz yığdığını görən insan, qohumu sayəsində dünya malı əldə edər. Yuxuda ağacdan qoz yığmaq yuxu görənin böyük bir mirasa sahib olacağına işarədir.

Yuxuda Təzə və Yaş Qoz İçi Yemək

Yuxuda qoz yemək mühüm problemdən qurtulmağa işarə edir. Bir insanın yuxuda qoz yığıb yediyini görməsi, zəngin bir adamdan ona gələcək sərvətə işarədir. Yuxuda qoz yediyinizi görmək elm öyrənməyə və dindarlığa işarə edir. Yuxuda qoz qırıb yemək qüdrətli və əzəmətli bir şəxsin sərvətindən var-dövlətə sahib olmağa dəlalət edir. Qoz ləpəsi yemək ildə qazanılacaq halal mallara dəlalət edir. Yuxuda yaş qoz yemək təqvaya, bərəkərə, uzunömürlülüyə və zənginliyə dəlalət edir. Yuxuda qoz ləpəsi yediyinizi görmək şərəf və izzətə, qurtuluş və qələbəyə, güc və qüdrətə işarədir. Yuxuda qoz qabığı yemək xəsis adamı qeybət etməyə dəlalət edir. Yuxuda qoz yemək pul qazanmaq deməkdir.

Yuxuda Qoz Ağacı Görmək

Qoz ağacı bəzən pis və acgöz bir insanla qarşılaşacağınıza işarə edir. Qoz ağacından düşmək o deməkdir ki, bəlaya düşəcəksən, ancaq xilas olacaqsan. Qoz yığmaq, məcburi səfər səbəbiylə sevdiklərinizdən ayrı qalacaqsınız deməkdir. Qurumuş qoz ağacı maddi vəziyyətinizin pisləşəcəyinə işarə edir. Qoz ağacı görmək faydasız, xəsis və çətin insana işarə edir. Bəzən qoz ağacı görmək cəsur, lakin əsəbi bir insana işarədir. Yuxuda qoz ağacına çıxmaq (dırmaşmaq) əsəbi, yola gedilməsi çətin bir insanla dostluq edəcəyinizə işarədir. Yuxuda qoz ağacını kökündən çıxarmaq və ya kəsmək xəsis, daşürəkli və əsəbi bir insana qalib gəlməyə işarədir. Qoz ağacının öz-özünə yıxıldığını, yandığını və ya quruduğunu görmək sərt təbiətli xəsis adamın vəfat etməsinə dəlalət edir.

Qoz ağacının kölgəsində oturduğunuzu və ya bu ağaca söykəndiyinizi görmək sərt təbiətli, xəsisdən kimsədən maddi dəstək almağa və ya onun himayəsinə girməyə işarə edir. Qoz ağacının yarpaqlarını yığdığınızı və ya ona sahib olduğunuzu görmək, xəsis və sərt adamdan xeyir görməyə, belə adamdan əlinə mal-mülk keçməyə işarədir. Yuxuda qoz ağacını sulamaq əsəbi və xəsis bir insana qulluq etmək və kömək etmək kimi yozulur. Bəziləri də demişlər: Yuxuda görülən qoz ağacı bəxtsiz, çətin və sərvəti artan adama işarədir.

Yuxuda Qabıqlı Qoz Görmək

Yuxuda qabıqlı qoz asan əldə edilən mala, zəhmətsiz mala, asan ruziyə işarədir. Yuxuda qabıqlı qoz insanları barışdıran bir insana işarə edir. Qabıqlı qoz böyüklük və sevinc deməkdir. Yuxuda qabıqlı qoz görən insan xeyirli ticarət edər, qazandığı ruzi ilə yaxşı dolanar. Yuxuda qabıqlı qoz kasıblar üçün zənginlikdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir