Yuxuda Çürük Görmək

Yuxuda Çürük Görmək Yozması Nədir?

Yuxuda Çürük Görmək Yozması Nədir

Yuxuda qida məhsullarının çürüməsi xəsisliyə, mallara sədəqə verilməməsinə və malda meydana gələcək bərəkətsizliyə, israfa dəlalət edir. Ağac, dirək və s. çürüməsi zəif insanlara bel bağlamağa və ya xəstələnməyə yozulur. İnsan bədənində çürük və göyərmələr görmək, bəndəlikdə sərbəst davranıldığını göstərir. Bu, amansız, sonsuz bir sevgiyə (eşqə) tutulmağa və ya sevdiklərinizdən ayrılmağa işarədir. Bədəninizdə çürük (qançırın) olması o deməkdir ki, əvvəllər yaşadığınız sevgiləri xatırlamaq sizə kömək etməyəcək. Çürük yumurta görmək, həyatınızda etdiyiniz hər şeydə uğur qazanacaqsınız deməkdir. Yuxuda çürük pomidor görmək, siyasətlə məşğul olursunuzsa, mühüm səviyyələrə çatacaqsınız və uğur qazanacaqsınız deməkdir. Pul deməkdir. Yuxusunda qançır görən şəxs dərhal pul alar. Çürük meyvə yediyinizi görmək sevdiyiniz biri tərəfindən xəyanətə uğrayacağınıza işarədir. Çürük meyvənin qabığının əziklərini (çürüklərini) çıxararaq soyduğunuzu görmək incikli olduğunuz bir insanla barışacağınıza işarədir.

Yuxuda çürük görmək xəyanətə işarədir. Yuxuda bazardan aldığınız bir şeyin, meyvənin və ya yeməyin evə gətirdiyi zaman çürüdüyünü görmək, həyat yoldaşının ona xəyanət etdiyinə, əgər tacirdirsə, şərikləri və ya işlədiyi insanların onu aldatdığına işarə edir. Çürük yumurta görən nə övladlarında, nə də birlikdə işlədikləri insanlarda xeyir görməz. Bir yerinin bir şeylə toqquşaraq göyərdiyini görmək, evdən kimsənin onu aldatdığına dəlalət edir. Kiminsə tərəfindən çürük yumurta və ya pomidor yağışına tutulmaq, ətrafınız tərəfindən bəyənilmədiyinizə yozulur. Ev əşyalarınızdan birinin çürüyüb atıldığını görmək xidmətçilərinizdən birinin haqqınızda pis söz-söhbətlər (dedi-qodu) yayaraq qonşularınızı sizə qarşı qızışdırdığına işarədir. Yuxuda qançırlar görmək ümidsizliyə yozulur. Yuxuda bir parçanızın çürüdüyünü görmək, ümid etdiyiniz və gözlədiyiniz bir şeyin baş tutmayacağına yozulur. Başqasının bir yerində göyərmə görmək, onunla sizin aranızda inciklik olacağına işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir