Yuxuda Dağ Görmək

Yuxuda Dağ Görmək Yozması Nədir?

Yuxuda Dağ Görmək Yozması Nədir

Yuxuda dağ görmək ümumiyyətlə mühüm, üstün insan, böyük iş, bənzərsiz, ideal kimi yozulur. Kim dağa çıxdığını (dırmandığını) görsə, öz gücü və səyi ilə məqsədinə çatar. Dağ görmək qüdrətli və dəyanətli, əmrlərini yerinə yetirən güclü və israrlı rəis və ya siyasətçiyə, uşaq və tacirə işarə edir. Dağda “Əlhəmdulillah” deyərək Allaha həmd etdiyini görən adil dövlət başçısı olur. Dağda amansızlıq, üsyan və təcavüz etdiyini görən zalım olar. Özünü dağda səcdədə və ya azan oxuyanda görsə, bir vilayətin hakimi olar və düşmənlərinə qalib gələr.

Yuxuda dağdan endiyini görən malını itirər. Qubernatordursa vəzifəsindən azad edilər. Tacirdirsə zərər edər. Kim görsə ki, bitki olmayan dağa çıxır, amansız başqanın xidmətinə girib iş görər və bu, ona təşviş və narahatlıq gətirər. Dağ içində olan yol və yoxuş əzabdır. Ona görə də yamacdan (yoxuş yoldan) endiyini görən insan əzabdan xilas olar. Görsə ki, yamacı (yoxuşu) yuxarı qalxacağını görsə, zəhmət və çətinliklə bərabər dəyəri yüksək olar. Dağın ətrafında olan iri (böyük) daşlarla, ağaclar prezidentin düşmənləridir. Ona görə də bir adam dağın ətrafında daşlar görürsə, bu, prezidentliyə işarədir.

Dağdan yıxıldığını görənin xətası və günahı özünə zərər verər. Dağdan yıxılaraq ayağının sındığını görən prezidentin gözündən düşər, malına ziyan dəyər.

Dağın yandığını və ya yıxıldığını görmək şanlı, uca və ləyaqətli bir şəxsin ölümünə və ya dövlət başçısının həmin şəxsə üstün gəlməsinə dəlalət edir. Çünki od (atəş) dövlət başçısıdır.

Bir dağın titrədiyini, amma yenə də dayandığını görmək həmin yerin dövlət başçısına müsibət və şiddət gələcəyinə işarə edir. Dırmandığı (çıxdığı) dağın yarısına çatanda nə yuxarı, nə də aşağı enə bilməyən insan ömrünün yarısında vəfat edər. Ömrü isə qırx ildir deyiblər.

Yuxuda Dağa Çıxıb Oturmaq

Yuxuda dağa çıxıb üstə oturan adamın çirkin bir övladı olar. Dağa qalxmaq ucalıq, enmək zillətdir. Yuxarı çıxmaq qubernatorluğu, aşağı düşmək isə işdən çıxarılmaq deməkdir. Yuxuda dağa söykəndiyini görən güclü dövlət başçısına işarədir. Dağın kölgəsində oturduğunu görən bir dövlət başçısının himayəsinə sığınaraq rahat yaşayar. Dağı belinə alıb ondan ağırlıq və çətinlik hiss edən şəxs, böyük bir adamın və ya tacirin işlərini öhdəsinə götürər, lakin ondan əziyyət çəkər. Dağ ona yüngül olarsa, o işləri çətinlik çəkmədən idarə edər. Göydən şəhərin üzərinə enən bir dağ görmək o səhərə bir valinin gələcəyinə işarə edir.

Şəhərdən göyə yüksələn (çıxan) bir dağ görmək o şəhərin valısının alınacağına işarə edir. Dağın başından nəyisə itələdiyini görən kimsə haqqında nəsə deyər. Dağın başında ikən gözəl paltar geyindiyini və ya gözəl halda olduğunu görsə, onun qüdrəti və ixtiyarı dağın başından atdığı şeyin dəyəri qədər güclü olar. Çıxmaq istədiyi (arzu etdiyi) bir dağın zirvəsinə çıxdığını görən insan, dağa çıxıb orada oturana qədər gördüklərinin asanlığı və çətinliyi nisbətində arzu və istəklərinə çatar. Hər kim onun təpədən, malikanədən və ya dağdan endirilməsini görsə, onun arzuladığı şey gerçəkləşməz. Dağı uzaq bir yerdən görən səfər edər və ya ona üzüntü və qəm-qüssə gələr. Bəziləri , dağ söz vermək kimi təfsir olunur deyiblər.

Yuxuda Dağda Ağac Görmək

Dağ üstündə (Dağda) ağac görən adam rütbəyə, yüksəkliyə, xalq arasında yaxşı adla çağırılmağa, şöhrətə işarə edir. Əgər kimsə bir qüllədə və ya dağın başında bir neçə rəhbərlərin toplaşdığını görsə, bu, o şəhərin əhalisinin və ya məhəllə başçısının vəfatına dəlalət edir. Ya da Allahdan arzuolunmaz bir şey istədikləri üçün yuxarıda adı çəkilən muxtarlar kədər və qəm-qüssəyə düşürlər. Yuxuda görülən dağlar və yüksək təpələr də şiddətli kədər, qışqırıq, iztirab və işsizliyə işarə edir. Yuxuda dağa gəlib şirin su, meyvə və ya insanların yeməklərindən bir şey tapdığını görən, yaxşı bir xanıma sığınar və ya onu cəhalətdən xilas edəcək bir elm öyrənər. Və ya dolanışığı üçün bir peşə öyrənər və ya bir rütbəyə işarədir. Ya faydalı səfər edər, ya da dövlət başçısının xidmətinə girər, ya da yaxşı nəticəsi xeyir olan nəsə vəd olunar.

Kim özünü mağaraya girdiyini görsə, tezliklə əmin-amanlıq, sabitlik və izzət əldə edər və yalnız Allaha təvəkkül edər. Dağ bəzən gəmilərin lövbər salıb gözlədiyi limana, bəzən də ağa və ana kimi insanın sığındığı, himayəsinə girdiyi birisinə işarədir. Dağdakı su, ağac və meyvə, dağın hündürlüyü və faydasızlığı insanın xeyir və şərinə işarədir. Dağ vədə işarədir. Yuxuda dağ və dağın yeriməsi şiddət və qorxuya, bəzən isə sərnişin üçün dənizdə boğulmağa işarə edir. Dağın qalxıb səmada bulud kimi olduğunu görmək əzaba səbəb olacaq bir şeyin meydana gələcəyinə işarə edir.

Yuxuda Dağda Düzgün (Hamar) Yol Görmək

Kim dağa düz (hamar) yol ilə gəldiyini görsə, məqsəd və istəyinə halal yolla çatar. Əlbətdə ki, sözü keçən dağı yadda saxlamaq lazımdır. Məhz: gəlinən dağ, Ərəfat, Kaf, Cudi, Livan, Uhud, Kasyan, tur, mukattem və s. əgər belə möhtərəm dağlar olarsa, o şəxs alimlərin xidmətində olar. Bəzən həmin adam bu dağların yerləşdiyi yerlərə səfər edib məqsədinə çatar. Dağın yerlə bir olduğunu görən adam vəfat edər. Bəzən yuxu görən ibadət və zövqə işarədir. Dağlar padşahların, başçıların, salehlərin və alimlərin nişanəsidir. Yuxuda Dağ Görmək bəzən din və dünya sahibini bildirir. Dağda quyu qazdığını və ya bir dağdan o birinə daş daşıdığını görən insan qəlbi daş olan biri ilə mübahisə edər və bu işdə çətinlik çəkər. Dağın göyə yüksəlməsi günahları tərk etməyə və bidətlərdən təmizlənməyə işarədir. Dağın göyə yülsələrək insanların başı üzərində olduğunu görmək insanları bürüyəcək qorxu və şiddətə işarədir. Tur dağı Allah tərəfindən günahkarları qorxutmaq üçün İsrailin başı üzərinə kölgə kimi ucaldılmışdı. Dağın gəzməsi bəzən vəba xəstəliyinə işarədir.

Bir şəxs yuxuda sinəsinin üstündə iki dağ olduğunu görsə, iki il xalqın valisi olar. Dağ həm də uşaq doğmağa və insana hüzn və ağrı gətirəcək sözə işarə edir. Dağın özü ilə birlikdə getdiyini (yeridiyini) görmək, bir dövlətin müharibədən sonra başqa bir dövlətə qarşı yürüş edəcəyinə, yaxud ümumi camaatın məhvinə səbəb olacaq fitnə və zorakılığın çıxması ilə, alimlər arasında ixtilaf və iztirabın yaranmasına dəlalət edir. Bəzən orada ədalət meydana gələr. Əgər insan gəmidən dağa endiyini görsə, Nuh Əleyhissalamın oğlunun əhvalatına görə həmin şəxsin məhv olması və ya bütün insanlara qarşı hərəkət etməsinə, nəfsinin istəklərini yerinə yetirməkdə tək qalacağına dəlalət edir. Bəzən dağdan vəhşi heyvanların, siçovulların, çirkabın yanına düşdüyünü görən üsyana, günaha, fitnə və pisliyə düçar olar.

Yuxuda Dağ Görmək Nə Deməkdir?

Dağın yıxdığını görən, dağ boyda adamı məhv edər. Bəziləri ömrü bitər deyiblər. Hər kim görsə ki, dağa çıxmaq istəyir, qəlbi möhkəm və düşüncəsiz olana yaltaqlanmaq istəyər. Dağın yerə batmasını görmək dövlət başçısının və ya həmin yerin ağsaqqallarından birinin ölümünə işarədir. Yuxuda dağ görmək adətən xeyrə yozulur. Kim dağa çıxdığını (dırmandığını) görsə, məqsəd qoyduğu şeylərə öz gücü ilə, böyük zəhmətlə nail olacağına yozulur. Dağdan yuvarlanmaq və ya düşmək, öz səhvləri üzündən öz çıxdığı səviyyəsini tərk etmək deməkdir. Yuxuda dağları seyr etmək bəzi çətin tapşırıqların həllinə görə mükafat alacağınıza yozulur. Yuxuda yaşıl dağ görmək ucalacağınıza, yaşıl dağın üstündən yıxılsanız pis bir işin olacağına işarə edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir