NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda dəyirmanda buğda üyütmək görmək ailə üzvlərinin dərd və çətinliklərdən qurtulmasına və ya yoxsulluqdan sonra varlanmağa yozulur. Bu yuxu subay kişi və subay qız üçün həyat yoldaşına işarədir. Yuxuda əl dəyirmanı ilə buğda üyüddüyünüzü görmək – böyük xeyirlərə nail olmağa, zəhmətinizlə qazandığınızdan kasıblara ehsan etməyə işarədir. Yenə yuxunuzda özünə kifayət edəcək qədər buğda üyüddüyünüzü görmək, özünə kifayət edəcək qədər gəlir əldə edəcəyinizə işarədir. Bir qadının yuxuda buğda üyüddüyünü görməsi, kədər və qəm-qüssənin aradan qalxmasına və paklığa dəlalət edir. İbn Kəsir deyir: Yuxuda yel dəyirmanı görmək müharibə və münaqişəyə yozulur. Xalqın buğdasını üyütmək üçün yel dəyirmanı quran (əgər layiqdirsə) xalqın başına keşər, onları idarə edər.
Dəyirmanda buğda və ya arpa və ya istifadə oluna biləcək faydalı bir şey üyüdülsə, ailə üzvlərinin işinin asan olacağına, ruzisinin yolunda olacağına dəlalət edir. Xəstəliklərdən sağalmağa və işlərini idarə edən insana qalib gəlməyə işarədir. Şəhərin və qəsəbənin ortasında görünən böyük dəyirman, o şəhər və qəsəbə xarabadırsa baş verəcək müharibədən xəbər verir. Xüsusilə də o dəyirmanda atəş və ya böyük daş üyüdülürsə. Əgər şəhər xaraba deyilsə və orada pis qoxulu arpa, su, palçıq və ya ət olsa, bu, epidemiya xəstəliyinə işarədir. Bəzi təfsirçilər deyir ki, suyun üstündəki dəyirman işlərə nəzarət edən, əlindən çoxlu sərvət sahibi adamdır. Əgər kimsə o insana sığınarsa, onun işi, zəhməti yaxşı olar. Yuxuda buğda üyüdən dəyirman görmək həqiqəti batildən ayıran elm mərkəzinə işarə edir.
Kim yuxuda dəyirmanın döndüyünü görsə, dəyirmanda unun miqdarı qədər gələcək xeyrə işarədir. Bəzən dəyirmanın döndüyünü görmək səyahətdir, buğdasız dönən dəyirman isə şiddət və sıxıntı deməkdir. Dəyirmanın əyrilik və nasazlıqla dönməsi bazarın baha olmasına işarədir. İnsan görsə ki, dolabla fırlanan dəyirmanı var, bu, pak ruziyə işarədir. Dəyirmanın heç nə üyütmədən döndüyünü görmək səyahətdir.