NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda təmiz dəniz görmək həyatınızın gözəl və təmiz olacağına, firavanlığa, bolluq və zənginliyə işarədir. Bolluq və bərəkət deməkdir. Yuxuda təmiz dənizə baxdığını görən qəm, kədər və sıxıntıdan xilas olar. Həmçinin yuxuda dənizi təmiz görmək, dünyada izzət və yaxşılıqla xatırlanmağa, şan və şöhrətə işarədir. Bu yuxu yaxşı bir şeyin olacağına işarədir. Yuxu görən şəxs səxavətli və mötəbər bir insandan fayda, izzət və lütf qazanar. Təmiz dəniz sahili və ya mənzərəsi xoş dolanışıq və uzun ömürdən xəbər verir.
Təmiz dəniz görmək səxavətli, comərt və yardımsevər insan deməkdir. Təmiz dənizin suyundan içmək gözəl yaşayış və ruziyə yozulur. Təmiz dəniz dalğaları kiçik problemlərə, mənzərə isə tətilə işarə edir. Çox təmiz dəniz insanlar üçün təhlükəsizlikdir. Yuxuda aydın dəniz dalğası ruzinin bolluğuna işarədir. Təmiz dənizdə üzmək, tezliklə alacağınız sevincli xəbərlərə işarədir. Təmiz dəniz kənarında bir ev görmək, qəlbin paklığı, halal ruzi və elmdir.