NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Bitcoin Nədir? Bitcoin necə almaq olar? 2023. Bitcoin 2008-ci ildə ortaya çıxdı və ilk kripto valyuta olaraq qəbul edilir. Bitcoin , banklar və hökumətlər kimi ənənəvi vasitəçilərin maliyyə əməliyyatları aparmaq ehtiyacını aradan qaldıran rəqəmsal nağd pulun mərkəzləşdirilməmiş formasıdır. Satoshi Nakamoto adı arxasında gizlənən adam vəya adamlar (Satoshi Nakamotonun kim olduğu hələdə bilinmi.) Bitcoin’i çıxartdı.
Bitcoin bankların və ya hökumətlərin mərkəzi nəzarətindən asılı olmayaraq fəaliyyət göstərən rəqəmsal valyutadır. Bitcoin tamamilə kriptoqrafiyaya əsaslanır. Bitcoin-in qlobal nəhənglər tərəfindən bu qədər tənqid olunmasının səbəbi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı narahatlıqlar deyil, onun təmin etdiyi üstünlüklərdir. Bitkoin günümüzün ənənəvi maliyyə sisteminin təmin edə bilmədiyi və ya vermək istəmədiyi bir çox üstünlüklərə malikdir. Bitkoinlə pul transferi çox daha ucuzdur. Məsələn Western Union ilə 100 dollar göndərəndə 15-20 dollar pul ödənir. Ancaq bunu Bitkoinlə ettikdə çox daha ucuz ve saniyələr içində etmək mümkündür.
İstehsal edilə bilən bitkoinlərin ümumi sayı, yəni tədarük sayı 21 milyon BTC ilə məhdudlaşır və indiyədək 21 milyon BTC-nin 80%-dən çoxu istehsal edilib. Riyazi hesablamalar və kodlarla müəyyən edilən Bitcoin strukturuna görə, qalan bir neçə milyon BTC-nin istehsal (və ya qazma) prosesinin 2140-cı ilə qədər davam edəcəyi gözlənilir. 2.4 milyon bitkoin qazılma müddəti təxminən 120 il çəkəcək.
İlk uğurlu kriptovalyuta kimi təqdim edilən Bitcoin eyni zamanda “1-ci nəsil Blockchain” də deyilir.Bitkoin, istifadəçilərinə təqdim etdiyi məxfilik baxımından da yüksək qiymətləndirilməkdədir. Bitcoin ilə əməliyyatlar rəqəmlər və hərflərin qarışığı olan pul kisələrinin ünvanları arasında baş verir. Satoshi Nakamotoya aid pul kisəsi misal olaraq belə görünür:
Bu ünvanlar vasitəsilə edilən pul köçürmələri çox şəffaf şəkildə izlənilə bilər, lakin şəxs öz pul kisəsini heç kimə açıqlamadıqca bu pul kisəsi ünvanının kimə aid olduğunu bilmək mümkün deyil.
Bitkoindən sonra minlərlə yeni kriptovalyutalar inkişaf etdirildi. Bitcoindən başqa kriptovalyutalar alternativ və sikkə adlarının birləşməsi ilə altcoinlər kimi ifadə edilir. Alternatif kripto valyutalar bir çox fərqli problemlərə həll yolları gətirmək üçün hazırlanır. Bu gün təhsildən səhiyyəyə, nəqliyyatdan telekommunikasiyaya qədər bir çox fərqli sahədə həllər təklif edən kripto valyuta layihələri fəaliyyət göstərir.
Bitcoin Nədir? Bitcoin necə almaq olar? 2023 – Bu gün Bitcoin almaq üçün bir çox üsuldan istifadə etmək olar. Bitcoin almaq üçün seçə biləcəyiniz üsullar aşağıdakılardır:
– Kriptovalyuta birjaları vasitəsilə BTC almaq
– P2P bazarları vasitəsilə BTC almaq
– Kriptovalyuta bankomatları vasitəsilə BTC-nin alınması
Bunlar arasında ən asan olan Kriptovalyuta birjaları vasitəsilə BTC almaqdır. İstədiyiniz Kriptovalyuta birjasını seçib qeydiyyatdan keçərək Bitcoin və ya Altcoin ala bilərsiniz. Bunun üçün etdəcəyiniz şey:
– Kriptovalyuta birjasına üzvü olmaq
– hesabınızı doğrulamaq
– Hesabınıza pul yükləmək
– Bitcoin vəya Altcoin alış-verişi etməkdir