Yuxuda Açar Görmək

Yuxuda Açar Görmək Yozması Nədir?

Yuxuda Açar Görmək Yozması Nədir
  • Yuxuda Açarla bir yeri açmaq xeyirə, bağlamaq pisliyə işarədir.
  • Açar Allahdan bir şey istəmək, dua etmək və bağışlanma diləməyə,
  • Əlində açar olduğunu görmək dəstəmaz alıb namaz qılmağa,
  • Açarın əlindən düşdüyünü görmək, namaz qılmaqda boş davranmağa dəlalət edir.
  • Bundan əlavə, açar görmək ruzi, elm, övlad, elçi, mal, xəzinə, ər və həccə getmək kimi yozulur.
  • Kim görsə ki, əlində çoxlu açar var yüksək səviyyəyə çatar.
  • Kim görsə ki, açarla bir qapı və ya qıfıl açar, böyük şəxsiyyətin köməyi ilə düşməninə qalib gələr.
  • Açar götürdüyünü görən xəzinə tapar; torpaq sahibidirsə, torpağından bəhrələnər.

Yuxuda Açar Görmək Müxtəlif Cürə Yozulur

Yuxuda əlində açar görən kimsə mülkə sahib olacağına, rütbə və məqamda yüksələcəyinə, buna görə də uğur qazanacağına işarə kimi sayılır. Yuxuda açarla bir şey açmaq; Bəla və kədərdən qurtulmağa, uğur qazanmağa işarə sayılır. Yuxuda açarla qapı açmaq uğura, arzuya çatmağa və bəxtin açılmasına yozulur. Bir insan yuxuda əlində açarla bir şey aça bilmədiyini görsə; öz arzusuna çata bilməmək kimi yozulur. Bir şəxs yuxuda bir qadının ona açar atdığını görsə; o adam evlənəcək. Yuxuda qadına açar verən kişi; o qadınla evlənəcəyinə yozulur. Yenə kimsə yuxuda başqasından açar aldığını görürsə; həmin adamın əkinçiliklə məşğul olub varlanacağı deyilir.

Bir insan yuxuda əlindəki açarın qırıldığını görsə; o adamın muradına çata bilməməsinə yozulur. Yuxuda sınmış açar görmək; Yetimin malına ziyan vuracağına işarədir. Yuxuda açar itirdiyinizi görmək; Hazırkı işinizdən qovulacağınıza, işinizdə durğunluq və çətinliklərlə qarşılaşacağınıza yozulur. Yuxuda açar oğurladığını görmək; işlərin pozulmasına yozulur. Əlində taxta açar görmək; Onun arzusunun iki üzlü şəxs vasitəsilə gerçəkləşəcəyinə yozulur. Yuxuda çoxlu açar görmək; Bu, nüfuz qazanacağınıza və işinizin yaxşılaşacağına və yaxşı getməsinə işarədir.

  • Yuxuda açar görmək ruzi və ya yardıma, yaxud Allah-Təala tərəfindən baş verəcəklərlə elm və Quranın qapısının açılmasına işarədir. Xüsusilə yanında çoxlu açar olsa, ruzi və elm qazanar və onlara səbəb olan şeylərə kömək edər və düşmənə qalib gələr.
  • Bəzən açar bir uşaq, casus, səyahət, qul, ər, qadın yada mülkə yozular.
  • Bəzən açar Allah-Təalanın qeyb xəzinəsindən ümid və istəklərinə nail olacağına işarə edir.
  • Rütbə və vəzifə sahibləri üçün açar görmək şəhər, qullar üçün açar görmək isə qurtuluş deməkdir.
  • Kim yuxusunda ağacdan açar görsə, malını kimsənin yanında qoymasın. Qoyarsa həmən adam onu inkar edər. Çünki taxta parçası ixtilafdır.
  • Kim yuxusunda əlində ucsuz açar olduğunu görsə, yetimə zülm edər.
  • Yuxuda Cənnət açarını əlində görən, ibadət və elm əldə edər. Yaxud xəzinə və ya miras yolu ilə halal mal əldə edər.
  • Yuxuda açar duanın qəbul olmasına işarədir.

Yuxuda Açar Görməyin Mənası Və Təfsiri

  • Kim görsə ki əlində çoxlu açarlar var, böyük bir səltənətə çatar.
  • Açarlar həm də xəzinələri ifadə edir. Çünki xəzinələr onlarla açılır.
  • Açar həm də həcc kimi yozulur.
  • Dəmirdən hazırlanmış açar güclü və məşhur bir insana və işlərinin açılmasına yozulur.
  • Kim yuxuda qapı və ya qıfıl açdığını görsə, düşməninə qalib gələr. Bəzən güclü bir insanın köməyi ilə qalib gələr.
  • Kim yuxuda açarla qapı açdığını görsə, Haqqın köməyi ilə istədiyinə nail olar. Əgər açarsız açsa, həmin şəxs dua və ya xeyirxahlıq və ata-anasının duası ilə məqsədinə çatar.
  • Kim yuxusunda Kəbənin açarlarının əlində olduğunu görsə, sultanın qapıçısı olar.
  • Bir qadın yuxuda ona açar saxlanıldığını görsə, o qadın kiminləsə evlənər.
  • Yuxuda çətinliklə qapını açdığını görən şəxs qapını açmayana qədər məqsədinə çatmaz.
  • Bəzən açar kişinin cinsiyyət orqanını, qəbirdəki meyiti və ya ayaqda duran uşağı ifadə edir.
  • Açar öz işlərini qaydasına qoyan adama da yozulur.
yuxuda açar görmək nə deməkdir

Yuxuda Açar Görməyin Yozması Nədir?

  • Kirmani deyir ki Yuxuda Açarla açmaq yaxşılığa, bağlamaq isə pisliyə işarədir.
  • Cabir əl-Məqribi deyir Əlində açar olduğunu görən; təmiz su ilə dəstəmaz alıb namaz qılar. Kim əlində açarı yerə salsa, namazda laqeyidlik etmiş olar.
  • Cəfəri Sadiqə görə, açar; Çətin işlərin asanlığına, şəfaya, nicata, dinin gücünə, duanın qəbul olmasına, elm və marifə işarədir.
  • Muhəmməd Bin Şamuyə demişdir: Kim əlində açar və ya açarlar görsə, sərvət və vəzifə qazanar.
  • Yuxuda Açarın və ya dişinin qırıldığını görmək; yaxşı deyil.
  • Kim açarının itdiyini və ya oğurlandığını görsə, işləri puç olar.
  • Açarı qıfıla soxmaq nikah əlamətidir. Əgər yenidirsə, bakirə qadınla evlənər. Əgər köhnədirsə dul qadınla evlənər.
  • Ebu Said’ül Vaaz deyir: Dəmir açar qüdrətli və qüvvətli bir insanı təmsil edir. Açılış yaxşıdır. Qələbəni bildirir. Kim açarla bir şey açmaq istəsə, duasına və istəyinə çatmaq istəyir.
  • Əbdülqəni Nablusi dedi: Yuxuda Açar görmək; Böyük ruzi, kömək, övlad, elm, elçi, qul, zövcə, mal, əmanət, qələbə, qəbul olunan dua, ziyarət, məlikə və nicat əlamətidir.
  • Kim açar tapsa, rütbəsi artar. Öz məqamında, düşmənlərinə qalib gələr və şəhərləri fəth edər.
  • Bəziləri demişlər: Açarla bağlamaq evlilik deməkdir.
  • Yuxuda açar görmək; Çətin günlərin bitməsinə, xoşbəxt həyat sürməyə və hər tərəfdən yaxşılıq görməyə işarədir.
  • Yuxuda Açar dəliyi qısqanclıq və mübahisə rəmzidir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir