NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Seyyid Süleyman: Yuxuda Ağacların mövsümdə çiçək açdığını görmək; Xeyir, mənfəət və muraddır. Bu güllərin yığıldığını görmək də xoşdur. Ancaq təfsir ağacdakı çiçəklər qədər güclü deyil. Bu çiçəklərin ağı qırmızıdan, qırmızısı isə sarıdan daha yaxşıdır.
İbn Şirin deyir: Yuxuda Nar çiçəyi; gəlin, yeni arvad və gözəl cariyə kimi ifadə edilir.
Yuxuda Gavalı, ərik, armud və heyva çiçəkləri; yuxu görənin eşidəcəyi gözəl bir sözlə təsvir olunurlar. Bu təfsir ağacın hündürlüyünə, onun gözəlliyinə və çiçəklərin rənginə və gözəlliyinə mütənasibdir.
Cabirul Məğrib deyir: Yuxuda bir ağacın çiçəyini qoparıb yediyini görən, o ağacın təmsil etdiyi şəxsdən xoş sözlər eşidər. Bir rəvayətə görə, o adamdan xeyir və mənfəət əldə edər. Kim bu güllərdən birini iylədiyini görsə, o ağacın mənsub olduğu şəxs tərəfindən təriflənər.
Bəziləri demişlər: Yuxuda Ağac çiçəklərini vaxtında və diri görmək; ümumiyyətlə yaxşıdır.
Yuxuda Yerdə bitən bütün çiçəklər xoş hisslər doğuran bir xatirəni təmsil edir. Bu həm də məqsədə çatmaq deməkdir. Bəzi təfsirçilər bu fikirə etiraz edərək mövsümdə olmayan çiçək görməyi yaxşı hesab etmədilər. Digərləri isə bu yuxunun bəzən xeyirə, bəzən də pisliyə işarə edəcəyini söyləyiblər.