Yuxuda Ağlamaq Görmək

Yuxuda Ağlamaq Görmək Yozması Nədir?

Yuxuda yüksək səslə və üst başını yırtaraq ağlamaq yuxugörənin oyaq ikən də ağlamasına, yuxuda səssizcə ağlamaq yağışa və bolluğa, rəhmət və Allah qorxusuna, sevinc və səadətə yozulur.

Yuxuda özünü səssizcə ağladığını görmək; qəm və kədərdən qurtulmaq kimi təfsir edilir.

Yuxuda bağıraraq ağladığını görmək; o yerin camaatınin müsibətə düçar olacağına yozulur.

Yuxuda ağlamadığı halda gözlərindən yaş axdığını görmək; o kəsin arzusuna çatacağına yozulur.

Yuxuda Ağladığını, lakin gözlərindən yaş axmadığını görmək; Ümid etdiyi şeydən ümidinin kəsiləcəyinə işarə edir.

Yuxuda ağladığını, amma gözlərindən yaş əvəzinə qan axdığını görmək; Qaçırdığı fürsətdən peşman olacağına və günahlarından tövbə etməsinə yozulur.

Əbu Səid əl-Vaiz deyir: Yuxuda tanıdığı birinin öldüyünü və buna görə ağladığını görmək; O yuxunun göründüyü kimi üzə çıxmasnaı, ölüm baxımından müsibət və kədərlərin baş verməsi kimi yozulur.

İnsanların mərhum qubernator üçün fəryad edib ağladığını və paltarlarını cırdığını görmək; Ölü görünən qubernatorun insanlara zülm edəcəyinə işarədir.

Kirmani deyir: Bir insan yuxuda özünün ağladığını görsə; o adam çox sevinəcək, əgər fəryad ah vay qışqırmaq şəklində isə, ona bir bəla gələr.

Yuxuda ağlamaqdan gözlərinin yaşla dolduğunu, amma yaş çıxmadığını görmək; halaldan sərvət qazanacağına işarə edir.

Yuxuda Gözlərindən axan yaşların isti olması; kədər və üzüntüyə, yaşların isti olmaması kədərin sevinclə əvəz olunacağından xəbər verir.

Cəfər-i Sadiq deyir: Yuxusunda ağladığını, sonra güldüyünü görən insanın Allah bilər ölümü yaxındır.

İmam Nəblusi buyurur: Yuxuda ağlamaq Allah qorxusundan, Qurana qulaq asmaqdan və ya işlənən günahlardan peşman olmaqdan olarsa, yuxu görən insanın kədərini əvəz edən xoşbəxtliyə yozulur.

Yuxuda Ağlamaq Allah qorxusuna, rəhmətə və möhtac olanlar üçün yağışa dəlalət edir.

Seyid Süleyman: Yuxuda sakit ağladığını görən qəmdən qurtular. Yuxuda yüksək səslə ağlamaq; O məhəllədə yaşayanlar üçün yaxşı deyil. Musibət (felakət) xəbərçisidir.

Ağlamadığı halda gözündən yaş axdığını görən arzusuna çatar.

Ağladığını, amma gözündə yaş olmadığını görən, ümid etdiyi şeydən məyus olar.

Yuxuda Gözündən yaş əvəzinə qan gəldiyini görsə qaçırdığı fürsətə peşman olar. Günahlarından tövbə edər.

Əbu Səidul Vaaz deyir: Yuxusunda tanıdığı bir insanın ölümünə görə fəryad edənin yuxusu eynilə gerçəkləşər. Öldüyünü gördüyü adama görə də fəlakət düçar olar.

Kirmani deyir: Yuxuda ağladığını görən böyük bir rahatlığa çıxar və sevinər. Amma bağıraraq, inləyərək ağlayan, fəlakətə düçar olar.

Gözünə dolan yaşın axmadığını görən halal mal əldə edər.

Yuxuda soyuq göz yaşları kədərdən rahatlığa, yuxuda isti göz yaşları isə kədər əlamətidir.

Bəzi təfsirçilər yuxuda sakitcə ağlamaq sevincdir deyiblər. Bu, dəfələrlə təcrübə edilmiş bir yuxudur. Arxası mütləq yaxşıdır.

Bir yuxuda ağlamaq; şad xəbərlərə, kədər və qəmdən qurtulmağa işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir