NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda alnını və üzünü işıqlı görmək; yuxuyu görənin zəkasının funksional və dini vəzifələrini yerinə yetirmək istəyinin artacağına işarə edir. Yuxuda Alnında gözəllik görmək din baxımından güclü olmaq, əksi isə onun əksi kimi yozulur. Bəzi təfsirçilərə görə alın və üzü səcdə adlandırırlar. İbn Şirinin təfsirinə görə: Alın üz qədər şərəflidir. Çünki səcdə yeridir və səcdədə ilk dəfə alın yerə qoyulur. Yuxuda alın görmək bəzən övlada da işarə edir. Yuxuda alnında səcdə izi görmək; insanın din yolunda olduğuna, onun cəmiyyətdəki nüfuzuna və dəyərinə dəlalət edir. Yuxuda alnında yara və çiban görmək; yaxşı heç nə vəd etmir. Kirmaninin yozumuna görə: Yuxuda alnının enini görmək; ruzisinin bol, bəxtinin açıq olduğuna yozulur.
Yuxuda alnının rənginin solğun olduğunu görmək; Röya görənin borca girəcəyinə yozulur. Solğunluq keçəndə borcunu ödəyər. Kim yuxusunda üzündə rəngli xətt görsə; Yaxşı və xeyirli bir oğlu olacağına işarə edir. Cafer-i Sadiqin təfsirinə görə: Yuxuda insanın alnının eni və boyu böyüdüyünü görmək; işində yüksək dərəcəyə çatacağına, alnının kiçildiyini və daraldığını görmək; bir öncəki yozumun tərsi kimi yozulur. Yuxuda alnından nur saçıb ətrafa səpələmək; O, öz biliyi ilə cəmiyyəti maarifləndirəcəyini və bunu reallaşdıracağına yozulur. Yuxuda alnından bir qaranlıq çıxıb ətrafa səpələdiyini görən; cəmiyyəti pisliyə aparacağına işarə edir.